Səhabələr

Xədicə ilə ilk görüş

Əbu Talib Hz. Məhəmmədin (s.ə.s.) razılığını alar-almaz Xədicənin yanına gedir. Hz. Xədicəyə qardaşı oğlunu şəxsən tanıtmaq lüzumunu hiss edirdi. Çünki O, Məkkənin ən etibarlı və qabiliyyətli insanı idi. Belə ki, Onunla iş qurarkən bu cəhət nəzərə alınmalı və Ona veriləcək əmək haqqı da başqalarından fərqli olmalı idi. Bu iş üçün Hz. Xədicənin başqalarına nə qədər əmək haqqı verdiyini bilirdi və buna görə də Hz. Xədicədən onun iki qatını istəyəcəkdi.

Çox keçməmiş Əbu Talib artıq Xədicənin yanında idi. Hal-əhval tutduqdan sonra Əbu Talib sözü karvana gətirdi və qardaşı oğlu Məhəmmədül-Əminin fəzilətlərindən söz açdı...

Məhəmməd... əl-Əmin... Bu ad Xədicə üçün də yad deyildi. Xüsusilə, əmisi oğlu Varaqa ibn Nəvfəlin dilindən düşməyən bir ad idi. Kiçik yaşlarından qulağına həmişə Onun xəbərləri pıçıldanmış, gördüyü yuxuların yozumlarında da Onun izləri sezilmişdi.[1]

İndi bu, nə böyük lütf idi. Onu göydə axtararkən yerdə tapmağın həyəcanı var idi Hz. Xədicənin simasında... Tale “yoluna su səpmişdi”.