Səhabələr

Xədicə ilə ilk görüş

Haldan anlayan rəfiqə

Hz. Xədicənin fikirli halını və ondakı dəyişikliyi hiss edən yaxın rəfiqəsi Nəfisə binti Münyə bir dəfə ona yaxınlaşır və şəfqət dolu səslə bunları deyir:

− Sənə nə olub, ey Xədicə? Nədir sənin bu halın? Bu günəcən həmişə səninlə birlikdə olmuşam, amma səni bu qədər fikirli görməmişəm!

Hz. Xədicə əvvəlcə məsələni açıb-açmamaqda tərəddüd etdi. Bir müddət sakitcə dayandı. Ancaq addım atmadan xeyirə nail olmaq da mümkün deyildi və nəhayət, rəfiqəsinə ürəyindən keçənləri danışdı...

Əvvəlcə bunları dedi:

− Ey Nəfisə! Şübhə yoxdur ki, mən Abdullah oğlu Məhəmməddə başqalarında görmədiyim bir üstünlük müşahidə edirəm. O, çox dürüst, sadiq və əmindir, şərəfli və pak bir nəsil-nəcabət sahibidir, hər insanın qarşısına çıxa biləcək ən xeyirli insandır. Bunlardan başqa, Onun haqqında gözəl və müjdəli xəbərlər də var. Qəribə vəziyyət idi...Meysərənin danışdıqlarını nəzərə alınca... Rahibin sözlərinə qulaq asıb bazardakı hadisələrə şahid olunca... Karvanla Şamdan gələndə Ona kölgə salan buludu seyr edərkən ürəyim sanki yerindən çıxacaqdı; inandım ki, bu ümmətin gözlənilən Peyğəmbəri Ondan başqası ola bilməz.