Səhabələr

Xədicə ilə ilk görüş

− Vallah, bu, bizim gözlədiyimiz Peyğəmbərdir. Nə olar, Ona yaxşı bax, göz-qulaq ol![8]

Sonra da həyəcanla Məhəmmədül-Əminin yanına yüyürür. Əvvəlcə hörmətlə alnından öpür, sonra da ayaqlarına qapanıb bunları söyləyir:

− Mən şəhadət edirəm ki, Sən Allahın Tövratda zikr etdiyi həmin Şəxssən.[9]

Yenə eyni bulud

Fasilədən sonra karvan yenidən Məkkə istiqamətində yola düzəlir. Havalar çox isti idi və Meysərə yolda bulud şəklində iki mələyin Allah Rəsuluna kölgə saldığını görmüş və heyrət içində donub qalmışdı. Bu qədər isti havada iki bulud... Həm də daim bir nəfəri izləyən iki bulud... Getdiyi yerə gedən, dayananda da  dayanan iki bulud...

O isə halını pozmadan, arxayın-arxayın, heç bir şey olmamış kimi yoluna davam edirdi. Bütün bunlar Meysərədə elə bir məhəbbət hasil emişdi ki, artıq o, varlığını Məhəmmədül-Əminə həsr etmiş, özünü Onun bir qulu kimi görürdü.[10]

Məkkəyə çatanda günün ən isti vaxtı idi: yeri-göyü yandırırdı. Günəş, demək olar ki, səmanın tən ortasına qalxmışdı. Karvanın xəbərini alan Hz. Xədicə də hündür bir yerə çıxaraq onların gəlişinə tamaşa edirdi. Birdən gözləri bir mənzərəyə sataşır. İki mələk onun ticarət ortağı Məhəmmədül-Əminin üzərində qanadlarını açmış, Onu günün qızmar şüalarından qoruyurdu. Gördüklərini yaxın rəfiqələrinə də göstərmək istəyirdi. Onları dərhal yanına çağırır, karvan istiqamətini göstərir. Həqiqətən, gözoxşayan bir mənzərə idi. Görənlər heyrət və təəccübünü gizlədə bilmirdi.[11]