Bütün ömrünü at üstündə və hərb meydanlarında keçirən Xalidin vücudunda yara almadığı yer qalmamışdı. Tək arzusu var idi, o da şəhid olmaq. Ancaq nəsib olmamışdı. İndi yatağında uzanmış ölümü gözləyirdi, şəhid olmadığına görə təəssüflənirdi. Hicrətin 21-ci ilində vəfat edərkən bir yandan ağlayır, bir yandan da keçmiş günləri xatırlayaraq belə deyirdi:
– Rəsulullahın əshabından heç kim, rahat yatağında ölmədi. Ya döyüş meydanlarında və ya uzaq diyarlarda İslamı yayarkən qərib olaraq şəhid oldu.
Ah, Xalid! Şəhid ola bilməyən Xalid! Hərb meydanları məni çeynəyə bilmədi. Şəhidlik mərtəbəsi xaric əldə etmədiyim heç bir payə qalmadı. Bədənimdə bir qarış yer yoxdur ki, ya qılınc yarası, ya bir ox yarası və ya bir nizə yarası olmasın.
Ömrü boyunca dini, İslamı yaymaq üçün döyüş meydanlarında at çapan kimsənin sonu, belə yataq üzərində ölməkmi olacaqdı? Ölümü hər zaman, hərb meydanında, atımın üzərində, düşmənə qarşı Allah üçün qılınc çalarkən, şəhid olaraq gözləyirdim. Amma görürsünüz ki, dəvə kimi yatağımda ölürəm. “
Həzrət Xalid bundan sonra Yərmuk döyüşünü xatırladı:
‒ Ah, Yərmuk günü! İnsan qanının sel kimi axdığı Yərmuk! Şiddətli bir ayazın olduğu gecə, göydən boşalan yağışa qarşı, qalxanımız altında gəcələdiyimizi unuda bilmirəm. O gecə mühacirlərdən seçilmiş fədai dəstəsi düşmənə basqın etmək üçün səhərin açılmasını səbirsizliklə gözləyirdik.
Ah, Yərmuk! Üç min igidlə, yüz min kafirə qarşı zəfər qazandığımız Mutəni belə unutdurdu!
Ey yaxınlarım! Cihada sarılın! Bu torpaqlar ancaq cihad etməklə qoruna bilər. Yərmuk, rumlarla başlatdığımız ilk böyük döyüşdür. Bundan sonra, daha nə qədər döyüşlər bir-birini təqib edəcək. Aman qəflətə düşməyin!
İndi, özümü atların şaha qalxıb, kişnədiyi, Allah, Allah nərələriylə insanlara dar gələn Yərmuk vadisində hiss edirəm. Vallah Rəbbimdən bir diləyim, məni hər müharibədə təkrar diriltməsi və o, döyüşün haqqını verməyimdir…
Qorxaqlar dünyada rahatlıq tapmasın…
Məni ayağa qaldırın!
Xalid bir az susduqdan sonra: “vəsiyyətimi bildirirəm, məni ayağa qaldırın!” ‒ deyincə, onu dərhal ayağa qaldırdılar.
Geridə iki miras buraxmışdı, atını və qılıncını. “Atımı mücahidlərdən birinə verin, qılıncım ilə də qəbrimi qazın,” – deyə vəsiyyət etmişdi.
Vəfat edərkən yanında dayanan dostu Əşərəi-mübəşşərədən (sağ ikən Cənnətlə müjdələnmiş on səhabə) Səid ibn Zeyd Xalidin həyat salnaməsinin son iki sətrini bu sözlərlə dilə gətirdi: “Hər kəsin mədh etdiyi, sevdiyi bir insan kimi yaşadı, yeri əvəz olunmaz bir itki kimi aramızdan getdi.”
Allah ondan razı olsun.
http://www.youtube.com/watch?v=Qlqnt4_mMwc
[1] İbn Həcər, “Əl-isabə”, IV, 651
[2] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 158
[3] Müslim, Sahih, II,103
[4] İbn Əsir, Üsdül-ğabə, , II, 103
[5] a.k.ə.,II cilt, 110
[6] İbn Həcər, Əl-İsabə,I, 413-415, İbn Əsir. Üsdül-ğabə,II,109-112