Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allahın qılıncı

Tarix: 05.05.2013 | Bu məqalə 2. 484 dəfə oxunub.

Xalid ibn Vəlidə aid xüsusiyyətlər bunlardır: “İslamın itiyi”, “Seyfullah” (Seyfullahul-məslul – Allahın qınından sıyrılmış qılıncı), “Allahın sevimli qulu”, “Məkkənin ciyərparası”, “Ərəb­lərin dahi hərbçisi”, sarığında Peyğəmbərimizin (s.a.s.) bir telini gəzdirən və “Hansı döyüşdə sarığım başımda olub, məğlubiyyət üzü görməmişəm” deyən böyük səhabə, Akkadın sözləri ilə desək, “tayı-bərabəri olmayan böyük düha”, müsəlman olmamışdan əvvəl də, müsəlman olandan sonra da heç bir döyüşdə məğlub olmayan böyük sərkərdə.

Xalid ibn Vəlidin ən məşhur ləqəbi “Seyfullah”, yəni “Allahın qılıncı”dır.[1]

Allah Rəsulu Mutə döyüşündə göstərdiyi igidliyə görə onu “Allahın qılıncı” adlandırmış və təqdir etmişdir.

Həzrət Xalid hicri təqvimi ilə yeddinci ildə müsəlman olmuş, bir il sonra baş verən Mutə döyüşündə sıravi əsgər kimi iştirak etmişdi. Müsəlman ordusunun sərkərdələri bir-bir şəhid olandan sonra səhabələr yığışıb məşvərət edərək İslamı yenicə qəbul etmiş bu igid səhabəni özlərinə sərkərdə seçmişdilər. Bu vaxt Mədinədə bəsirət gözü ilə döyüşün gedişatını camaata xəbər verən Peyğəmbərimiz (s.a.s.) sərkərdələrin bir-bir şəhid olduğunu və ordunun başına Allahın bir qılıncının keçdiyini demişdir.

Davamı: 1 2 3 4