Səhabələr

Bütün Peyğəmbərlərin müştərək istəyi

Çünki O (s.ə.s.), ilk yaradılan ruhun sahibi idi.[3] Elə o vaxtdan adı əsas kitabda “Abdullah” qoyulmuş, “Xatəmun-Nəbiyyin” (Peyğəmbərlərin sonuncusu) kimi də anılırdı.[4] Belə ki, vücudu ilə ruhunun qovuşması sonda olacaqdı. Onun mayası varlığın xəmirində  gizli olduğu kimi, sona möhrünü vuran da yenə O olacaqdı. Çünki O (s.ə.s.), ilk yaradılan Son Sultan idi.

Hz. Adəmdən sonra gələn hər peyğəmbər də Allaha verdiyi sözü yerinə yetirəcək, həmişə Ondan söz açıb ümmətini Onun gəlişinə hazırlayacaqdı. Hz. Nuh (ə.s.) vəzifəsini yerinə yetirdiyinə dair Məhəmməd ümmətini şahid tutacağı düşüncəsi ilə yaşayır, Hz. Davud (ə.s.) iniltili səslə Zəbur oxuyarkən həmişə:

− Allahım! Fətrət (İki Peyğəmbər arasında keçən, dindən uzaqlaşmanın yaşandığı dövr) dövründən sonra bizə “Muqimus-Sünnə”ni bəxş et,[5] − deyə dua edir və Hz. Əhmədin gəlməsi üçün Rəbbinə yalvarırdı.

Hz. Yəhya eyni nəqarəti səsləndirir, Hz. Musa avazı çatdığı qədər bunu İsrail oğulları ilə bölüşür və Hz. İsa da əlinə düşən hər fürsətdə eyni kəlmələri dilə gətirirdi.

Bir-birinin ardınca gələn saysız-hesabsız möcüzələrə baxmayaraq, üz döndərən İsrail oğullarının arasından yetmiş nəfəri seçən Hz. Musa Tih səhralarında qırx günlük təlimdən  sonra Tur dağına üz tutacaq və burada ümməti ilə birlikdə doyulmaz bir vüslət yaşayacaqdı.

Tur dağında sisdən, dumandan göz-gözü görmürdü. Bu vaxt Allah bir lütf olaraq keyfiyyəti bizə məchul olan səsini eşitdirdi onlara. Hər şeyi maddi gözləri ilə görmək istəyən bu adamlar belə bir lütf qarşısında da tərəddüd göstərib səslə həmin səsin sahibini tanıya bilməyəcəklərini söyləyir, səs sahibinin özünü şəxsən göstərməsini tələb edirdilər.

Halbuki görmə duyğusu məhdud olanların sərhədsiz və hüdudsuz bir varlığı əhatə etməsi mümkün deyildir. Bu, məlum bir həqiqətdir. Aydındır ki, onların məqsədi əsas etibarilə Rəbbi görmək deyildi. Bəlkə də, görsə idilər, başqa bir bəhanə tapar, yenə fikirlərindən daşınmazdılar. Belə azğın və sapqın həyat tərzi onlar üçün artıq bir vərdişə, həyat tərzinə çevrilmişdi.

Rəbbə qarşı bu hörmətsizlik “qeyrətullah”a (Allahın izzətinə) toxunacaqdı və elə də oldu. Tur dağı bir anda böyük bir sarsıntı içində silkələnməyə başlayır. Dağın üstündəki yetmiş nəfər yerə çırpılmış və hamısı huşunu itirmişdi.

Davamı: 1 2 3 4