Səhabələr

Davamçılar və möhnət illəri

O gün Məkkədə fəzilətə aşiq nə qədər insan vardısa, hamısı Allah Rəsulunun (s.ə.s.) hüzuruna toplaşmışdı. Namaz qılarkən Rəsulullahın (s.ə.s.) yanında təkcə Hz. Əli yox idi, namazlar güclü çiyinlərin bir-birinə bitişdiyi insanlarla birgə qılınırdı.[26] Ancaq bu qədər adam da məkkəlilərin özündən çıxmasına kifayət etmişdi. Müşrüklərin əlində olan iqtidar özündən sistemi  həzm edə bilmir və yeni dəyişikliklərə təzyiqlə cavab verirdi.

Sad ibn Vəqqas dostları ilə  Məkkə kənarında bir yerə çəkilib namaz qılırdılar. Bəzi qureyşlilərin yolu da o gün onların namaz qıldığı yerdən düşmüşdü. Namaz qılanları görüncə heyrətə gəlmiş, onları məsxərəyə qoymağa, söz atmağa başlamışdılar. Hətta bunu o dərəcəyə çatdırmışlar ki, artıq məsələ sözlə məhdudlaşmamış, müsəlmanların üstünə hücum etməyə başlamışdılar. Qısa müddət də olsa, aralarında dava-dalaş da baş vermişdi. İnsanların istədikləri kimi ibadət etməsinə belə müsamihə (xoşgörü) ilə yanaşılmır və mane olmaq üçün də zorakılığa əl atılırdı?! [27]

Bilal Həbəşi

Bir gün Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirlə birlikdə Məkkə kənarında bir yerə getmiş, nazil olan ayələri müzakirə edir, namaz qılırdılar. Bu vaxt yaxında qoyun otaran Bilali-Həbəşi onlara yaxınlaşır. Bu iki dost ayla günəş kimi idi, bu göz qamaşdıran mənzərəni görüb heyran olmamaq mümkün deyildi. Əvvəlcə hüzura varmaq üçün bir bəhanə lazım idi və bir kasa süd götürüb iki sadiq dosta təqdim etdi. Rəsulullahın (s.ə.s.) hər kəsin könlünə Allah sevgisini yerləşdirmək səyləri onu da cəlb edəcək və beləliklə, neçə-neçə azad adamdan əvvəl kölə Bilal da İslamla tanış olacaqdı.