Səhabələr

Davamçılar və möhnət illəri

Onun bu təsbitinə cavabən Allah Rəsulu (s.ə.s.) əvvəlcə:

− Doğru deyirsən,[9] − deyir. Sonra da Əbu Zərin ruh dünyasında qopan fırtınaları hiss edərək bunları əlavə edir:

− Bu məsələ üzə çıxıb, gözəl xəbərlərimiz sizə çatana kimi qövmünün yanına qayıt və gözəl bildiklərini onlarla bölüş!

Bu, baş verəcək hadisələri əvvəlcədən sezən kamil Mürşidin öz müridlərini xarakterlərinə uyğun şəkildə istiqamətləndirməsi idi. Ancaq Əbu Zər həyəcandan yerində dayana bilmir və:

− Nəfsim qüdrəti əlində olana and olsun ki, gedib Kəbədə İslamı hayqırmadan dönən deyiləm, − deyirdi.

Həqiqətən də, Əbu Zər Rəsulullahın hüzurunda söylədiyi kimi, bir müddət sonra Kəbəyə gələcək və uca səslə bunları hayqıracaqdı:

− Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur və yenə mən şəhadət gətirirəm ki, Məhəmməd Onun həm qulu, həm də Rəsuludur.