Səhabələr

Müqəddəs Köç Hicrət

Həmin gün axşam düşmək bilmirdi. Nəhayət, gün batan kimi əlinə bəzi şeylər götürüb birbaşa deyilən yerə gedir. Mədinəyə ay doğmuşdu. Gözlənən Peyğəmbər qarşısında dayanmışdı. İllərlə yanlarında ömür keçirdiyi keşişlərə heç oxşamırdı. Quba Onun nuru ilə parlayırdı, O, hüzurundakı adamlarla söhbət edirdi. Salman  gətirdiklərini ortalığa qoyur: − Mən bunları sizə sədəqə məqsədi ilə yığmışam. Bilirəm ki, Sən saleh bir adamsan. Yanında ehtiyacı olan yoldaşların da var. Bu gün sizin buna daha çox ehtiyacınız var. Salman diqqətlə baxırdı... Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əlini də vurmur və səhabələrinə belə buyurur: − Allahın adı ilə yeyin! Salmanın dərdi başqa idi. Onun ağlında ancaq ammuriyyəli keşişin sözləri vardı və ünvanın doğruluğunu təsbit etməyə çalışırdı. Bəli, O (s.ə.s.), sədəqə yemirdi... Deməli, ilk əlamət düz idi. Ağzından bu sözlər çıxır: −Vallah, bu, birinci əlamətdir: Sədəqə yemir! Və geri qayıdır. Səhəri yenə bəzi şeylər yığmışdı. Yenə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlir. Bu dəfə nə edəcəyini çox yaxşı bilirdi: − Görürəm ki, Sən sədəqə yemirsən. Sənin kərəm və güvən verən halın çox xoşuma gəldi. Bu dəfə Sənə sədəqə deyil, hədiyyə gətirdim,− deyir. Allah Rəsulu (s.ə.s.) Salmanın gətirdiklərini götürür. Özü də, səhabələri də ondan yeyirlər. Vaxt yetişmişdi... Salman içindəki həyəcanını artıq gizlədə bilmirdi. Bu dəfə öz-özünə: “Bu da iki; Hədiyyə qəbul edir və ondan yeyir,” − deyir.[53] Artıq Salman təkcə məcburən ağası yanında qaldığı vaxtlarda Allah Rəsulundan ayrılacaq, qalan bütün vaxtını Rəsulullahla (sallallahu əleyhi və səlləm) birlikdə keçirməyə çalışacaqdı.[54]
 
[1]. Bax: “İsra” surəsi, 17/80
[2]. Ayni, Umdetü’l-Kari, 17/46; ibn Kesir, Tefsir, 2/400
[3]. Bax: Hakim, Müstedrek, 3/6 (4266)
[4]. Taberi, Tarih, 1/569 ; ibn Hişam, Sire, 3/11
[5]. Bax: Buhari, Sahih, 3/1087 (2817). Sonralar onun bu hərəkətini eşidən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ona iltifat göstərəcək və belə buyuracaqdı: “ Allah Sənin o iki kəmərinin əvəzində cənnətdə iki kəmər verəcəkdir”.
[6]. Buhari, Sahih, 3/1419 (3692)
[7]. Bax: ibn Hişam, Sire, 3/12
[8]. Bax: ibn Kesir, Tefsir, 4/683; Kadı İyaz, Şifa, 1/258
[9]. İbn Hişam, Sire, 3/8; Taberi, Tarih, 1/567
[10]. Bax: “Ənfal” surəsi, 8/30
[11]. Bax: Taberi, Tarih, 1/568
[12]. Bax: el-Hindi, Kenzu’l-Ummal, 12/779 (35744)
[13]. Bax: Taberi, Tarih, 1/570
[14]. Ebu Nuaym, Hilyetu’l-Evliya, 2/56; ibn Hişam, Sire, 3/14
[15]. Bax: Hakim, Müstedrek, 3/7 (4268), Mişkatü’l-Mesabih, 2/556; Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 155, 156
[16]. Bax: Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/450. Hətta Hz. Ömər (radiyallahu anh) bir rəvayətində Hz. Əbu Bəkirin (radiyalahu anh) bu səbəbdən vəfat etdiyini bildirmişdir.
[17]. Bax: İsbehani, Delail, 1/76, 77; Heysemi, Mecmaü’z-Zevaid, 3/231
[18]. Eyni məsələ haqqında Cəbrailin gətirdiyi Əbədi Bəyan Olan Quranda Uca Allah belə buyurmuşdur: “Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, bilin ki, Allah ona kömək göstərmişdi. Necə ki, inkar edənlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları vaxt hər ikisi mağarada ikən öz dostuna (Əbu Bəkirə): “Qəm yemə, Allah bizimlədir!” – demişdi. O vaxt Allah ona kömək etdi və bir arxayınlıq (rahatlıq) nazil etdi, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etdi, inanmayanların sözünü alçaltdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Tövbə” surəsi, 9/40).
[19]. Bax: “Maidə” surəsi, 67-ci ayə: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə göndərilənləri (Quranı) təbliğ et. Əgər bunu etməsən, peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmazsan. Allah səni sənə zərər vermək istəyən insanların şərindən qoruyacaq. Həqiqətən, Allah kafırləri əməllƏrinə qovuşdurmaz!”
[20]. Bax: İsbahani, Delail, 1/62; Necdi, Abdullah, Muhtasaru Sireti’r-Resul, s. 168
[21]. Bax: ibn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/189
[22]. Halebi, Sire, 2/195, 196
[23]. İbn Teymiye, Minhacu’s-Sunneti’n-Nebeviyye, 8/542
[24]. Bax: Hakim, Müstedrek, 3/6 (4267). Sonralar Əsma bu hadisəni danışarkən əslində o vaxt atasından geriyə mal-mülk qalmadığını, sadəcə babasını sakitləşdirmək üçün bu üsula əl atdığını demişdi. Bax: ibn Hişam, Sire, 3/15
[25]. Bax: İsbahani, Delail, 1/62
[26]. Bax: Muslim, Sahih, 4/2309 (2009); Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 159
[27]. İbn Abdilberr, İstiab, 2/581 (916)
[28]. Bax: ibn Hişam, Sire, 3/16 və b. Kadı İyaz, Şifa, 1/687. İllər keçəcək , Hz. Ömərin xəlifəliyi dövründə bu xəbər də gerçəkləşəcəkdi. İranı diz çökdürən Hz. Ömər Kisranın bilərziklərini götürüb Suraqaya gətirəcək və bunları söyləyəcəkdi: − Əllərini qaldır və de: ”Allahu Əkbər!” Bunları Mən insanların Rəbbiyəm”deyə təkəbbür göstərən Hörmüz oğlu Kisradan alıb Ərəb çöllərindəki Müdlicoğullarından Suraqaya geydirən Allaha həmd olsun!”  Bax: ibnül-Esir, Üsüdül-Ğabe, 2/414; Beyhaki, Sünenül-Kübra, 6/357(12812)
[29]. Hicrət səfəri zamanı əsasən süd içmiş, yemək ehtiyaclarını yolda çobanlardan aldıqları südlə təmin etmişdilər. Bax: Buhari, Sahih, 3/1419 (3692)
[30]. Bax: Buhari, Sahih, 3/1433 (3699)
[31]. Kadı İyaz, Şifa, 1/688
[32]. Hakim, Müstedrek, 3/8, 9 (4273)
[33]. Bax: Hakim, Müstedrek, 3/10; el-Mısri, Siratü’r-Resul, s. 207 və b.
[34]. Bax: Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 159
[35]. Bax: ibn Abdilberr, İstiab, 1/185, 186
[36]. Beyhaki, Delail, 2/221; ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/209; Mübarekfuri, er-Rahiku’l-Mahtum, 160. Hz. Bureydə müsəlman olandan sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) onu Əsləm və Ğıfar qəbilələrinə göndərmiş və o da Uhuddan sonra Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna gəlmişdi. Çox keçməmiş, onun gərgin əməyi nəticəsində bütün kənd əhalisi müsəlman olmuşdu. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) vəfatından sonra bir müddət də Mədinədə qalan Hz. Büreydə Xorasan tərəflərə gedərək Yezid ibn Müaviyənin dövründə Mərvdə vəfat etmişdir. Bax: ibn Sa’d, Tabakat, 4/242
[37]. Daha sonra Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məsudu dəvə ilə birlikdə gəldiyi yerə göndərəcək, dəvələrinə necə işarə qoymağı öyrədəcəkdi. Rəsulullah (sallallahu əleyhi və səlləm) Mədinəyə gələndən sonra müsəlman olan Əbu Əvsin başqa bir vəzifəsi də var idi. Uhud döyüşündən əvvəl Məkkədən yola düşən müşrik ordusunun gəlişini həmin Məsudu Mədinəyə göndərərək Peyğəmbərimizə xəbər verəcək və bununla çox mühüm kəşfıyyat vəzifəsıni yerinə yetirəcəkdi. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 1/173; ibn Hacer, İsabe, 1/157
[38]. Bax: Buhari, Sahih, 3/1421 (3694)
[39]. Bax: ibn Sa’d, Tabakat, 1/233
[40]. Bax: ibn Sa’d, Tabakat, 1/233
[41]. Bax: ibn Hişam, Sire, 3/20; el-Mısri, Siratü’r-Resul, s. 211
[42]. Bax: ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/460
[43]. Bax: ibn Hişam, Sire, 3/21, Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 161
[44]. Bax: Halebi, Sire, 2/233
[45]. Peğəmbərimizin (s.ə.s.) Qubada  on dörd və ya on gecə qalmasını qeyd edən müxtəlif rəvayətlər də  var.
[46]. Peğəmbərimiz (s.ə.s.)  hicrət edib buraya gələnə qədər Cümə namazlarını Salim Məvla Əbi Huzeyfə qıldırmışdı; çünki o gün aralarında Quranı ən yaxşı bilən o idi. Bax: Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 1/392
[47]. İbn Hişam, Sire, 3/30, 31
[48]. Bax: ibn Hişam, Sire, 3/22-23
[49]. Allah Rəsulunun Qubada dörd gün qaldığını bildirən rəvayətlər  də vardır. Bu rəvayətə görə, bazar ertəsi günü Qubaya gələn Rəsulullah cümə namazını qıldıqdan sonra oranı tərk edib Mədinəyə gəlmişdi. Başqa bir rəvayətdə isə Rəsulullahın (sallallahu əleyhi və səlləm) Mədinəyə gəliş tarixi rəbiüləvvəl ayının axırıncı on iki və ya son iki günü kimi göstərilir. Belə çıxır ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) rəbiüləvvəl ayının ilk bazar ertəsi çıxdığı hicrət yolçuluğunda rəbiüləvvəl ayının səkkizinci günü Qubaya gəlmişdir. Burada dörd gün və ya bir həftə qalandan sonra yenə həmin ayın on ikisi və ya on doqquzu, yəni cümə günü Mədinəyə daxil olduğunu demək olar. Bax: ibn Hişam, “Sire”, 3/22, 23; ibn Sad, “Tabakat”, 1/233.
[50]. Ahmed b. Hanbel, Müsned, 5/451 (23835); ibn Mace, Sünen, 1/423 (1334); Hakim, Müstedrek, 3/14 (4283)
[51]. Abdullah ibn Salamın Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) Mədinəyə hicrətdən əvvəl iman gətirməsi ilə bağlı rəvayətlər də var. Bax Buhari, “Sahih”, 3/1211 (3151).
[52]. İbn Hişam, Sire, 3/52
[53]. Ahmed b. Hanbel, Müsned, 5/441 (23788); ibnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/511, 512
[54]. Bəzi rəvayətlərdə 40 nəfəri Nəcrandan, 32-si Həbəşistandan, 8-i də Rum diyarından olan cəmi səksən nəfərlik bir xristian qrupun Hz. Məhəmmədə iman gətirərək Onun gəlişini Mədinədə gözləməyi haqqında qeydlər var. Əsad ibn Zürarə, Bəra ibn Marur, Məhəmməd ibn Sələmə və Əbu Qays ibn Sırmənin də içində olduğu bu adamlar cünubluqdan təmizlənmək üçün qüsl dəstəmazı alır və Hz. İbrahimdən qalan Hənif etiqadına uyğun yaşayırdılar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) zühur edən kimi Onun hüzuruna  gəlmiş və Onu təsdiq edərək yardımçısı olmuşdular. Bax: Beğavi, Mealimüt-Tenzil,  1/343; İbnül-Esir “Üsüdül-Ğabe”, 6/256.