Səhabələr

Uhuddan sonraki hadisələr

Allah Rəsulu bir tərəfdən Cəzirətül-Ərəbdə (Ərəbistan yarmadasında) təhlükəsizliyi təmin etməyə çalışır, digər tərəfdən də hər yerə müəllimlər göndərib İslamı yayır, ilahi bəyanın mahiyyətini öyrənmək niyyəti ilə Mədinəyə gələnlərə rəhbərlik edirdi. Eyni zamanda səriyyə və qəzvələrlə Hicazdakı hakimiyyətini möhkəmləndirirdi.

Məkkə müşriklərinin yenə gələcəyi gedişlərindən görünürdü. Ən azından onlar yenidən qüvvələrini toplayıb gələnə qədər İslam əqidəsini daha çox insanlara mənimsətmək və sevdirmək lazım  idi. Buna görə də, sabah nə olacağını düşünməklə vaxt keçirmək əvəzinə, sabahı qurmaq naminə səbir və fəallığı birləşdirib istiqbala addımlamaq zamanı idi.

Miras hökmləri

Digər tərəfdə hər şeyə rəğmən, günlər günləri əvəzləyir, zaman karvanı öz axarı ilə irəliləyir və bu axarda baş verən hadisələrə paralel şəkildə Cəbraillə münasibət bütün canlılığı ilə davam edirdi. Uhudda şəhid olan Sad ibn Rəbinin xanımı Hz.Amrə binti Həzm[1] Hz. Sadın əmanətləri ilə hamilə-hamilə hüzura gəlib deyir:

– Ya Rəsulullah! Bunlar Uhudda şəhid olan Sadın qızlarıdır! Əmiləri gəlib onların bütün əmlakını müsadirə etdi və qardaşı uşaqlarına heç nə qoymadı. Bu məsələdə bizə necə yol göstərirsən, ya Rəsulullah? Bunlar əllərində imkan olmasa, sabah bir addım da ata və öz yuvalarını qura bilməzlər!

Həqiqətən, acınacaqlı vəziyyət idi. Bir tərəfdə ərini itirmiş qadın və digər tərəfdə də o dövrün adəti – şəhid qardaşın əmlakının digər qardaşa verilməsi anlayışı.[2] İki məsum yetimə baxan Allah Rəsulu (sallallahu əleyhi və səlləm):

– Umulur ki, Allah (c.c.) bu xüsusda da son hökmü verəcək, – buyurur. Görünür, Cəbrailin gətirəcəyi hökmü gözləyirdi. Çox çəkmir ki, ilahi əmr də nazil olur.

Və beləcə Cəbrail vəfat edən insanların mal-mülkündən sağ qalan yaxınlarına düşən mirasla bağlı Allahın hökmlərini bircə-bircə Rəsulullaha ərz edir.[3]