Səhabələr

Və vüslat

Demək, işin başlanğıcında və öndərlər üçün gecənin qaranlığında yerinə yetirilən bu cür ibadət Allahın dərgahında ayrı bir məna ifadə edirdi. Deməli, hamının ölümün kiçik qardaşı olan yuxuya dalıb rahat döşəklərdə uzandığı vaxtlarda möminlər gələcək günlərdə qarşıya çıxan çətinliklərə sinə gərib mətanətlə irəliləmək üçün belə bir ibadətə böyük ehtiyac duyurdular. Çünki uzun və məşəqqətlə dolu bu qulluq yolunda dayanmadan və sürəti azaltmadan gedə bilməyin zəmini Haqla münasibətlə yaxından bağlı idi.

Bununla yanaşı, Allah (c.c.) yenə mərhəmət göstərir, qullarının arasındakı mətanəti əsas götürür və hər kəsin imanın qüvvətlənməsi dolması  zərurətini ifadə edirdi.[36]

 
[1]. Bax: “Ələq” surəsi, 96/1-5
[2]. Quranda qeyd edilən “ayə” qavramlarının, bəlkə, 90 faizi bu cür oxumaqdan bəhs edir və insanı Allaha çatdıran dəlillərin ancaq surələri meydana gətirən cümlələr deyil, həmçinin ən kiçiyindən ən böyüyünə kimi varlığı meydana gətirən ünsürlər olduğunu anladır.
[3]. İbn Hacer, İsabe, 7/601; Munavi, Feyzu’l-Kadir, 3/19
[4]. Buhari, Sahih, 4/1874 (4638)
[5]. Buhari, Sahih, 1/4 (3)
[6]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275
[7]. Varaqa ibn Nəvfəlin bu təəccüblü sözləri başqa bir rəvayətdə “Subbuh! Subbuh!” şəklindədir. Bax: İbn Hişam, Sire, 2/73
[8]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275
[9]. Bax: Buhari, Sahih, 1/4 (3); Muslim, Sahih, 1/97, 98
[10]. Bəziləri bu müddətin üç ilə kimi davam etdiyini qeyd edir. İyirmi üç illik vəhy mərhələsi ərzində bu müddət çox böyük zaman kəsiyi deməkdir. Halbuki Quranın haradasa yarısı Məkkədə nazil olmuşdur və Peyğəmbərimizin Məkkə həyatında elə bir il olmamışdır ki, Quran ayələri nazil olmasın.
[11]. “Muddəssir” surəsi, 74/1-5
[12]. Bəzi təfsirçilər isə ilk nazil olan surənin “Fatihə” olduğunu bildirir, bir qrup alim də “Fatihə” surəsinin “Ələq” və “Muddəssir” surələrindən sonra gəldiyini qeyd edirlər. Nəticəsindən asılı olmayaraq, ilk nazil olan ayənin “Bismilləhir Rahmənir Rahim” olduğuna heç bir şübhə yoxdur. Bax: Suyuti, İtkan, 1/75-77
[13]. Bu nə qədər böyük həssaslıqdır ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Uca dostluğa qovuşacağı günə kimi bu köynəyi əynindən çıxarmayacaq, o, axirətə köçərkən də bu əmri yerinə yetirmək məqsədilə təşkil etdiyi Üsamə ordusu ilə Haqq məfkurəsini başqa yerlərə çatdırmağın ağrısını çəkəcəkdi.
[14]. Bax: “Maidə” surəsi, 5/67
[15]. Bax: “Rəd” surəsi, 13/40; “Bəqərə” surəsi, 2/272
[16]. Mövzu ilə bağlı bax: “Maidə” surəsi, 5/55, 56; “Nur” surəsi, 24/55; “Saffat” surəsi, 37/171-173; “Mumin” surəsi, 40/51, 52; “Mucadələ” surəsi, 58/20, 21.
[17]. Bax: “Ali-İmran” surəsi, 3/139; “Tövbə” surəsi, 9/32, 33; “Səd” surəsi, 38/8, 9; “Saff” surəsi, 61/9.
[18]. Bax: “Bəqərə” surəsi, 2/212; “Əraf” surəsi, 7/128; “Hud” surəsi, 11/49; “Qəsəs” surəsi, 28/83; “Mumin” surəsi, 40/51; “Ənbiya” surəsi, 21/105.
[19]. Bunları nazil olma ardıcıllığına görə sıralamaq lazım gələrsə, Məkkədə bu  surələr nazil  olmuşdur:   “Ələq”   (bəzi  rəvayətlərdə “Ələq” surəsindən sonra “Nur” surəsinin gəldiyi bildirilir), “Muzzəmmil”, “Muddəssir” (bəzi məlumatlarda “Muddəssir” surəsinin “Qələm” surəsindən sonra nazil olduğu nəql edilir), “Təbbət”, “Təkvir”, “Əla”, “Leyl”, “Fəcr”, “Duha”, “İnşirah”, “Əsr”, “Adiyat” (bəzi rəvayətlərdə “Əsr” və “Adiyat” surələrinin yeri dəyişdirilərək qeyd olunur), “Kövsər”, “Təkasur”, “Maun”, “Kafirun”, “Fil”, “Fələq”, “Nəs”, “İxlas”, “Nəcm”, “Əbəsə”, “Qədr”, “Şəms”, “Buruc”, “Tin”, “Qureyş”, “Qariə”, “Qiyamə”, “Huməzə”, “Mursəlat” (bəzi rəvayətlərdə “Mursəlat” surəsinin “Qiyamət” surəsindən sonra nazil olduğu bildirilir), “Qaf’, “Bələd”, “Tariq”, “Qəmər” (bəzi rəvayətlərdə “Qəmər” surəsinin “Qaf’ surəsindən sonra gəldiyi qeyd olunur), “Sad”, “Əraf’, “Cinn”, “Yasin”, “Furqan”, “Fatir”, “Məryəm”, “Taha”, “Vaqiə”, “Şüəra”, Nəml”, “Qəsəs”, “Saff”, “Yunus”, “Hud”, “Yusuf”, “Hicr”, “Ənam”, “Saffat”, “Loğman”, “Səba”, “Zumər”, “Mumin”, “Səcdə”, Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə”, “Əhqaf’, “Zariyat”, “Ğaşiyə”, “Kəhf”, “Nəhl”, “Nuh”, “İbrahim”, “Ənbiya”, “Muminun”, “Səcdə”, “Tur”, “Mülk”, “Haqqa”, “Məaric”, “Ammə”, “Naziat”, “İnfitar”, “İnşiqaq”, “Rum”, “Ənkəbut” və “Mutəffifin”... Digər surələr isə sonralar Mədinədə nazil olacaqdı. Uzun surələrin arasındakı bəzi ayələrin də Məkkədə ikən nazil olması bir həqiqətdir. Bax: Suyuti, İtkan, 1/38, 39; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 20/117, 118; Zuhri, Tenzilu’l-Kur’an, 1/23-29
[20]. Bax: “Duha” surəsi, 93/1-6
[21]. Bax: “Ali-İmran” surəsi, 104
[22]. Bax: “Ali-İmran” surəsi, 3/110
[23]. Bax: “Maidə” surəsi, 5/78, 79
[24]. Mövzu ilə bağlı bax: Buhari, Sahih, 2/520 (1368), 3/1314 (3393); Muslim, Sahih, 1/69 (78), 1/69 (80)
[25]. Bax: “Əsr” surəsi, 103/1-3
[26]. Bəzi rəvayətlərdə eyni hadisənin “Muddəssir” surəsinin nazil olmasının səbəbi kimi qeyd olunduğunu görürük. Bax:İbn Kesir, Tefsir, 4/441, 442
[27]. Bax: Ebu Nuaym, Hilyetu’l-Evliya, 6/267; İbn Hacer, Fethu’l-Bari, 1/466
[28]. Bax: ibn Hibban, Sahih, 1/444 (212); İbn Mace, Sünen, 1/435 (1366)
[29]. Bax: “İsra” surəsi, 17/79
[30]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Sa’d, Tabakat, 1/376
[31]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Hibban, Sahih, 3/43 (766); Tirmizi, el-Camiu’s-Sahih 5/177 (2914)
[32]. Buhari, Sahih, 6/2742 (4653); Ebu Davud, Sünen, 1/464 (1468)
[33]. Bu səhabə Əbu Musa əl-Əşari idi. Peyğəmbərimizin bu iltifatının müqabilində o da: “Əgər Sizin qulaq asdığınızı bilsəydim, bir az da məşq edər, daha yaxşı oxumağa çalışardım,” – demişdi. Bax: Buhari, Sahih, 4/1925 (4761); İbn Mace, Sünen, 1/425 (1341)
[34]. Heysemi, Mecmaü’z-Zevaid, 7/167; Ahmed b. Hanbel, Müsned, 3/428
[35]. Bax: İbn Hibban, Sahih, 6/239 (2492); Muslim, Sahih, 1/541 (784)
[36]. Məlum olduğu kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dini ən ağır formada yaşayır, amma ümməti üçün qaydaların yüngülləşdirilməsinə, asanlaşdırılmasına çalışırdı. Başlanğıc etibarilə, fərz olan gecə ibadəti (təhəccüd namazı) üçün də sonralar ümmətinin Onu gözlədiyini görüb yenidən fərz olacağını və bunun da insanlara çətin olacağını nəzərə alaraq etiraz etmiş və: − Ey insanlar! Gücünüz çatan əməlləri edin, çünki Allah siz əməldən bezmədiyiniz müddətdə sizə savab verməkdən bezməz. Əməllərin də ən fəzilətli olanı az da olsa, davamlı olanıdır, – buyurmuşdu. Bax:İbn Hibban, Sahih, 6/309 (2571); Beyhaki, Sünenu’l-Kubra, 3/109 (5020)