Səhabələr

Xədicə ilə ilk görüş

− Ey əmim oğlu! Əlbəttə ki, mən aramızdakı qohumluq bağlarının yaxınlığına,[14] qövmün içində misilsiz  mövqeyinə, gözəl əxlaqına, əmanətə riayətinə və sözündəki doğruluğa görə Sənə talib oldum. Əmilərinə de, işi öz üzərlərinə götürsünlər.

Aydın idi ki, bütün bunlar Hz. Xədicənin Allah Rəsuluna heyranlığını səmimi və həssas şəkildə ifadə etməsi idi. Ancaq belə bir vacib məsələdə Rəsulullah böyükləri ilə məsləhətləşmədən qərar vermək istəmirdi... Xədicənin təklifindən dərhal sonra əmisi Əbu Talibin yanına gedir və Nəfisənin sözlərini ona danışır.

Bəli, qardaşı oğlu Məhəmmədül-Əmin Əbu Talib üçün də çox dəyərli və hər şeydən  qiymətli idi. Ancaq Xədicə də adi qadın deyildi. O da o günədək izzətli və şərəfli bir həyat yaşamışdı. Nəsil-nəcabət baxımından da tanınmış ailəyə mənsub idi. Qardaşı oğlunun da bu məsələyə könlü olduğunu anlamış və “Niyə olmasın ki?” deyə fıkirləşib xeyir-duasını vermişdi.

Nikah

Artıq illərə istiqamət verən xoşbəxt bərabərliyin vaxtı gəlmişdi. Və çox keçmədən Abdulmuttalibin oğlanları Əbu Talib, Abbas[15] və Həmzə Xədicənin qapısını döyür. Tərəflərin razılığı olsa da, elçilik-evlilik mərasimləri yerinə yetirilməli və məsələ toy ziyafəti ilə hər kəsə çatdırılmalı idi. Əvvəl Əbu Talib danışmağa başlayır: