Səhabələr

Xədicə ilə ilk görüş

− Bizi İbrahim nəslindən və İsmail soyundan edən Allaha həmd olsun! Nəsil və soy etibarilə bizi insanların xidmətinə namizəd edən, Evinə xidmət etməklə bizi şəfərləndirən, Harəmə xidmətlə bizi  ucaldan, bizim üçün Evini (Kəbəni) insanların üz tutub əmin-amanlıqla nəfəs aldığı bir məkana çevirən və bizi insanlar haqqında hökm verməkdə rəhbər edən, əlbəttə ki, Odur.

Söhbətin başında səslənən belə bir xitab işin ciddiliyini açıq-aşkar göstərirdi. İnsanların rəğbətini qazanmanın  şükrü də məhz  belə olmalı idi. Ardınca  məclisdə  bunları söyləyir:

− Qardaşım oğlu Məhəmmədə gəlincə, O, Abdullahın oğlu Məhəmməddir. Kim Onunla yarışmağa çalışsa, mütləq Məhəmməd üstün olar. O, malı-mülkü etibarilə elə də imkanlı olmasa da, şərəfi, alicənablığı, şücaəti, cəsarəti, ağlı və fəziləti ilə hamıdan üstündür. Var-dövlət də itən kölgə kimidir, əmanətdir və əbədi ola bilməz. Ancaq bir məsələ var ki, gələcək etibarilə Onun haqqında gözəl xəbərlər, hamını heyrətə gətirəcək yeniliklər var! O, sizdən qızınız Xədicəni istəyir. Ona mehr kimi də − bir hissəsi nağd və bir qismini də sonra ödəmək şərtilə − on iki uqiyyə və bir nəşş[16] verir.[17]

Oğlan tərəfin tələbi müqabilində qız evinin də deyiləsi sözləri var idi. Əbu Talibdən sonra Xədicənin əmisi Amr ibn Əsəd[18] ayağa durur və Xədicənin fəzilətini  dilə gətirir. Çünki Hz. Xədicənin də atası yox idi: Ficar döyüşlərində ölmüş və Hz. Xədicə də Rəsulullah kimi  böyümüşdü. Xədicənin əmisi belə davam edir: