Səhabələr

Xədicə ilə ilk görüş

− Allaha and olsun ki, əgər dediyin şəxs mən olaramsa, sən mənim üçün elə böyük fədakarlıqlar etdin ki, onları heç vaxt hədər etməyəcəyəm, − deyəcək[20] və sonralar da onu əsla unutmayacaqdı.[21]

Bu ailənin meyvələri

Bir müddət sonra bu ailə də öz meyvələrini verməyə başlayır. Öncə Qasım anadan olur. Allah Rəsulu (s.ə.s.) “Qasımın atası” mənasında “Əbul Qasım” ləqəbini alır. Ancaq o, bu fani dünyada çox yaşamadı. Hələ təzəcə iməkləyib yeriməyə başlayanda pərvazlanıb cənnət diyarına uçdu.

Qasımın vəfatından iki il ötür, qızı Zeynəb dünyaya gəlir. Zeynəb  Peyğəmbərimizin (s.ə.s.) ilk qız övladı idi. Bundan bir il sonra Ruqiyyə və ondan da  üç il sonra Ümmü Gülsüm anadan olur. Fatimə anamız isə vəhyin qapıları açılan ildə dünyanı şərəfləndirəcəkdi.

Xədicə anamızın dünyaya gətirdiyi sonuncu övladı Abdullah oldu. Hiradakı vüslətdən iki il keçmişdi. Müsəlmanlığın yayıldığı bir dövrdə anadan olduğu üçün Abdullaha Tayyib və Tahir də deyilirdi. Taleyin başqa bir cilvəsi  idi ki, Abdullah da uzun yaşamayacaq və üç aydan sonra dünya ilə vidalaşacaqdı. Güman ki, Allah (c.c.) onları Peyğəmbərdən sonra ehtimal olunan iğtişaşlardan qorumaq istəyirdi.

 
[1]. Bax: Burak, Bekir, Hazreti Hatice, 2005 s. 15 və b.
[2]. İbn Sa’d, Tabakat, 1/156; Süheyli, Ravdü’l-Ünf, 1/122
[3]. Meysərə Peyğəmbərimizin bütün hərəkətlərini izləyib hesabat vermək üçün Hz. Xədicə anamız tərəfindən təlimatlandırılmış xüsusi adam idi.
[4]. İbn Sa’d, Tabakat, 1/130
[5]. Yemani,”Ummül Müminin Haticetu bintu Huveylid Seyyidetun fi Kalbil-Mustafa”, 119.
[6]. İbn Sa’d, Tabakat, 1/130
[7]. İbn Sa’d, Tabakat, 1/130
[8]. İbn Sa’d, Tabakat, 1/130
[9]. Suyuti, Hasaisu’l-Kubra, 1/51
[10]. İbn Sa’d, Tabakat, 1/130, 131; Taberi, Tarih, 2/196
[11]. Taberi, Tarih, 2/197
[12]. İbn Hişam, Sire, 2/10
[13]. Hətta sonralar Əbu Cəhil kimi məşhurlaşan Amr ibn Hişam da Hz. Xədicə ilə ailə həyatı qurmağı təklif edənlərin arasında idi. Lakin Hz. Xədicə bu təklifi heç bir tərəddüd etmədən rədd etmiş, bu məsələ ilə bağlı qapıları birdəfəlik bağlamışdı. Hətta sonralar Əbu Cəhlin Peyğəmbərimizə qarşı çıxmasının səbəblərindən biri kimi bu izdivac da göstərilir. Bu ailə həyatı qurulanda Əbu Cəhil kin və nifrətlə coşacaq və öz-özünə: “Ailə qurmağa Əbu Talibin oğulluğu və Qureyşin indən başqasını tapmadımı?” − deyərək buna etiraz edəcəkdi.
[14]. Baba tərəfindən soyu Peyğəmbərimizin babalarından olan Qusayla birləşir. Başqa bir qohumluq əlaqəsi də anası tərəfindən Peyğəmbərimizin başqa babası Luheylə bağlanır...
[15]. Bəzi rəvayətlərdə Hz. Abbasın orada olmadığı nəql edilir.
[16]. Bir neşş iyirmi dirhəm, bir uqiyyə də qırx dirhəmdir. Deməli, Peyğəmbərimizin Hz. Xədicə üçün nəzərdə tutduğu mehir beş yüz dirhəmə bərabər idi. Bu günlə müqayisədə bu, 1600 qram gümüş deməkdir. Bir gün Əbu Sələmə ibn Əbdurrəhman Hz. Aişə anamızdan soruşur: – Rəsulullahın mehiri nə qədər idi? − Onun həyat yoldaşları üçün verdiyi mehir on iki uqiyyə və neşşdir. Bəs neşşin nə olduğunu bilirsənmi? − Xeyr. − Neşş yarım uqiyyədir. Bu da beş yüz dirhəmdir. Bu, Rəsulullahın xanımları üçün müəyyənləşdirdiyi mehirdir. Bax:İbn Kesir, Tefsir, 1/658 ; İbn Mace, Sünen, 1/607 (1886); İbn Hişam, Sire, 6/57
[17]. Bir hissəsi nağd, bir hissəsi də sonra ödəmək şərtilə borc kimi beş yüz dirhəm... Peyğəmbərimizin Hz. Xədicə üçün nəzərdə tutduğu mehirin miqdarı budur... Bəzi rəvayətlərdə Əbu Talibin bəyan etdiyindən fərqli olaraq mehir kimi Allah Rəsulunun iyirmi dəvə vəd etdiyi bildirilir ki, böyük ehtimalla o da həmin dövrdə beş yüz dirhəm edirdi.
[18]. Bəzi rəvayətlərdə bu şəxsin Varaqa ibn Nəvfəl olduğu bildirilir.
[19]. Yemani, Ummu’l-Mu’minin Haticetu Bintu Huveylid Seyyidetun fi Kalbi’l-Mustafa, s. 65 və b.
[20]. Fakihi,  Ahbaru Mekke, 5/206
[21]. Bəzi rəvayətlərdə bu hadisənin toydan əvvəl baş verməsi ilə bağlı qeydlər var. Buna görə Əbu Talib Xədicənin qardaşı oğluna (Allah Rəsuluna) olan istəyindən arxayın olmaq üçün bu cür hərəkət etmişdi. Əbu Talib evlənməsinə razılıq verdiyi qardaşı oğlunun arxasınca Nəba adlı kənizini göndərmişdi. Beləliklə, onların danışıqlarından xəbərdar olacaq və bununla qurulacaq ailənin möhkəmliyindən əmin olacaqdı. Əbu Talib kənizinə bu göstərişi verir: − Get, qulaq as! Gör Xədicə Ona nə deyir? Nəba Son Sultanın arxası ilə gedir. Nəhayət, Hz. Məhəmməd Hz. Xədicənin məkanına gələndə oturub söhbətə başlayırlar. Sözü açan  yenə Hz. Xədicə olur: Atam-anam Sənə fəda olsun! Allaha and olsun ki, bütün bunları Sənin göndərilən Peyğəmbər olacağına inanaraq edirəm. Əgər həqiqətən, həmin adam Sənsənsə, nə olar, məni və mənim Sənin yanındakı yerimi unutma! Bundan başqa Səni peyğəmbər olaraq göndərən Allaha mənim üçün də dua et! Bu dərəcədə səmimi və sırf Allah üçün dilə gətirilən sözlərin qarşısında Rəsulullah (sallallahu əleyhi və səlləm) da bunları deyir: − Allaha and olsun ki, əgər həmin Şəxs Mən olsam, əlimdən gələni edər və səni hədər etmərəm. Əgər o, başqa adamdırsa, bu vəziyyətdə də yolunda bütün bunlara qatlandığın Allah səni hədər etməyəcəkdir!” Bax: Yəmani, göstərilən əsəri, səh. 68. Hələ ortada peyğəmbərlik məsələsi yox idi. Ancaq dəyər hər yerdə ayrı bir dəyəri ifadə edirdi. Nə vaxt həyata keçərsə keçsin, haqq adına bir həqiqətin səsləndirilməsindən başqa bir şey deyildi bütün bunlar...