Səhabələr

Xədicə ilə ilk görüş

İzdivaca gedən  yol

Hz. Xədicə o günə qədər iki dəfə ailə həyatı qurmuşdu və artıq qapısını bütün təkliflərin üzünə bağlamışdı. Çünki onun üçün yaş artıq kamala çatmış və yaşamaq üçün başqasının dəstəyinə ehtiyac qalmamışdı. Bugünkü mənada ölkələrarası ticarət şəbəkəsinə malik idi və tabeliyində işləyənlər böyük bir coğrafiyanın sakinləri idi. Rum, Fars və Qəssasinə bölgələrində işçiləri olduğu kimi, daha yaxın bölgələrdə − Hirə və Şamda da adamları vardı.

İmkanlı, işini qüsursuz görən, ağıllı, gözəl, yetkin və hamının rəğbət bəslədiyi şərəfli bir qadın idi. O dövrdə Qureyşin arasında özünü belə bir qədir-qiymətə (dürri-yekta) kim  qurban verməzdi ki?! Qövmündən hər kişi imkanı olsa və buna gücü çatsaydı, onunla evlənməkdə tərəddüd göstərməzdi. Həmin günədək neçəsi bu məqsədlə qapısını döymüş, amma o, bunların heç birini qəbul etməmiş, qapını üzlərinə bağlamışdı.[13]

Ancaq bu dəfə vəziyyət fərqli idi və belə daimi bərabərlik üçün ailə həyatı qurmaqdan başqa bir yol da görünmürdü. O günə kimi ailə həyatı qurmaq barədə fikirləşməyən, bəlkə də, belə pak, təmiz bir ailə həyatının xəyalı ilə digər təklifləri rədd edən Hz. Xədicə artıq qəti qərarını vermişdi. Ancaq bunu necə açıb deyəcəyini bilmirdi.