Səhabələr

Cəmiyyətlə Bütünləşən Nüzul Keyfiyyəti

− Rəbbimiz Allahdır və Üzeyr də Onun oğludur, − deyir və Hz. Məhəmmədin Allahın Rəsulu olduğunu qəbul etmirdilər. Başqa sözlə, onlar Haqq yoldan azmış, doğru istiqaməti tapa bilməmişdilər. Bunlarla həmsöhbət olan  Hz. Əbu Bəkir (r.a.):

− Rəbbimiz Allahdır. O, ikincisi olmayan Təkdir və Onun şəriki də yoxdur. Məhəmməd (s.ə.s.) də Allahın qulu və Rəsuludur,− deyir və iki-üç düşüncə  arasındakı doğrunu müəyyənləşdirirdi. Elə bu əsnada Allah Rəsulu (s.ə.s.) Cəbrailin gətirdiyi bir ayənin müjdəsini verirdi. Bu ayədə Hz. Əbu Bəkirin sözlərinin doğru olduğu açıq-aşkar bildirilir və belə buyrulurdu:

− Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da doğru yolda irəliləyən kəslərə mələklər gəlib  belə deyəcəklər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin![6]

Bir gün Rəsulullahın (s.ə.s.) hüzuruna bir adam gəlir və:

− Ey Əbul-Qasım! (Qasımın atası!) Sənə gələn xəbərlərə görə, Allah bütün məxluqatı bir barmağında, səmanı başqa barmağında, ağacları digər barmağının üstündə, yeri də o biri barmağında saxlayırmış. Sonra da deyirmiş ki: “Mən Məlikəm...” − deyir.

Adam sözünü bitirməmiş Rəsulullahın (s.ə.s.) simasına acı bir tə­bəs­süm qonur. Çünki Zati-Bari (Zati-Bari − Allahın isimlərindən ­bi­­ri; bir qəlibdən tökər kimi, düz, tərtibli və gözəl yaradan. Üzv və cihazatları bir-birinə mütənasib və kainatdakı ümumi nizama və məqsədlərə uyğun və əlaqəli şəkildə  xəlq edən Allah) haqqında belə danışmaq heç kimin həddi deyildi. Ondan bir yerin hökmdarı kimi bəhs edilə bilməzdi. Bu sözlərdən dərhal sonra Cəbrail gəlir:

− Onlar əsla Allahın qüdrət və əzəmətini layiqincə qiy­mət­lən­dirmədilər, Ona layiq olan təzimi ortaya qoymadılar. Halbuki, qiyamət günü bütün dünya Onun ovucunda olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Əlbəttə, belə bir əzəmət və hakimiyyət sahibi olan Allah  onların uydurduğu şəriklərdən tamamilə uzaq və ucadır![7] − məalındakı ayəni gətirir.[8]

Ölümdən sonrakı həyat

Adiyy ibn Rabia Sultanlar Sultanının (s.ə.s.) hüzuruna gəlir, qi­ya­mət gününün nə zaman olacağını soruşur, qiyamətin əlaməti və onun baş vermə şəkli  ilə maraqlandığını bildirir. Təbii ki, Rəsulullah (s.ə.s.) da Rəbbinin əyan etməsi ilə sualları cavablandırır. Ancaq bu adamın məqsədi suallarına cavab tapmaq yox, Peyğəmbəri guya çətin vəziyyətə salmaq idi.  Buna görə də Adiyy ibn Rabia belə deyir: