Səhabələr

Və vüslat

Varaqanın rəhbərliyi

Məkkənin bu xəbərə sevinəcək başqa bir sakini də vardı. Xədicə də vaxt itirmədən dərhal əmisi oğlu Varaqa ibn Nəvfəlin yanına qaçır. İzzətli ərinin danışdıqlarını bir-bir anladır Varaqaya. Xədicənin dediyi hər söz Varaqanın dünyasında fırtınaların qoparırdı. Bir anda özünü saxlaya bilmir:

− Quddus!... Quddus,[7] − deyə hayqırmağa başlayır bu qoca müdrik. Ardınca da əlavə edir:

− Ey Xədicə, Varaqanın nəfsi qüdrəti əlində Olana and olsun ki, əgər mənə danışdıqların həqiqətdirsə, bu gələn Musa və İsaya gələn Mələkdir. Şübhəsiz ki, O da bu ümmətin Peyğəmbəridir. Get Ona söylə ki, yerində sabit  (qərarlı) olsun.[8]

Deməli, torpaqdakı toxumun qabığı çatlamış və cücərməyə başlamışdı. Gözlənilən an artıq gəlib çatmış, bəşərin uğursuz taleyi dəyişməyə üz tutmuşdu. Bəşəriyyətin istiqamətini dəyişdirəcək bu hadisəni bir də vasitəsiz dinləmək lazım idi və çox keçmədən yenə Hz. Xədicənin köməyi ilə Kəbənin həyətində görüşdülər. Yaş fərqi itaətə mane deyildi və yaşlı Varaqa əvvəlcə Allah Rəsulunun alnından öpüb:

− Ey qardaşımın oğlu! Eşidib gördüyün şeyləri mənə də danış, − deyir mərhəmət diləyən bir adam kimi...

Allahın Son Nəbisi  başına gələnləri bir-bir Varaqaya danışır. Eşitdiyi hər söz, qulağına çatan hər kəlmə Varaqanın ruh dünyasında fırtınalar qoparır, ona həyəcanlı anlar yaşadırdı. Çünki illərdir qovuşmaq həsrəti ilə alışıb-yandığı və yalnız sətirlərdə oxuyub cani-könüldən gələcəyini gözlədiyi Müjdə o an yanında dayanan şəxs idi. Allah Rəsulunun sözləri qurtarınca bu dəfə Varaqanın dili açılır, aradığını tapan bir könlün həyəcanı və titrəyən səsi ilə bu tarixi cümlələri söyləyir: