Səhabələr

Və vüslat

− Nəfsim qüdrəti əlində olana and olsun ki, Sən bu ümmətin peyğəmbərisən. Səninlə görüşən daha əvvəl Musanın yanına gələn mələkdir. Unutma ki, Sən buna görə yalançılıqda ittiham ediləcək, əziyyət və işgəncələrə məruz qalacaq və ağlagəlməz düşmənçiliklərlə üzləşəcəksən. Kaş mən həmin vaxt cavan və sağ olaydım, qövmünün Səni yurdundan çıxardığı gündə  Sənə dəstək verəydim.

Təsəlli üçün gedilən qapıda eşidilən sözlər, həqiqətən də, çox diqqətəlayiq idi. Bəli, gələcək ümidlə dolu idi. Ancaq bu ümidin gerçəkləşməsi elə də asan görünmürdü... İşin digər tərəfində Onu möhnət dolu, əzablı və məşəqqətli günlər gözləyirdi.

Allah Rəsulu da təəccüblənmişdi. Görünür, bu yaşlı müdrik çox şey bilirdi. Maraq və heyrət içində Varaqadan soruşur:

− Qövmüm məni buradan çıxaracaqmı?