Səhabələr

Və vüslat

Verilən cavab təkcə bu sualın cavabını ehtiva etmirdi, ümumi ifadələrlə həm Onun başına gələcək hadisələri sadalayır, həm də Onun davamçılarının bütün müqəddəs köçlərinin səbəbini izah edirdi:

− Bəli... Səni də çıxaracaqlar. Çünki Sənin gətirdiyin həqiqətlə gə­­­lən elə bir insan yoxdur ki, öz elindən-obasından çıxarılmasın, vətənindən ayrı salınmasın...[9]

Qırx günlük fasilə

Hirada artıq vüslət başlamışdı, amma günlər keçsə də, bu vüslətin arxası gəlmirdi. İllərdir bu anı gözləyən Allah Rəsulu “Artıq qovuşdum” dediyi  bir vaxtda Cəbrailin həyat verən nəfəsinə həsrət qalmışdı.

Bu müddətdə yenə özünü tənhalığa vermişdi: bəzən Sebir dağına gedir, əksər hallarda Hiraya yollanırdı. O qədər sıxılmışdı ki, bu geniş yer üzü Onun üçün daralmış, zaman ayaqlarını sürüyür, keçmək bilmirdi.

Qırx yaşına kimi gözlədiyi vəhyin kəsilməsindən qırx gün də ötmüşdü ki,[10] səmada Cəbrailin səsi eşidilir:

− Mən Cəbrailəm, − deyirdi. Peyğəmbərimiz səsin gəldiyi tərəfə dönür, başını səmaya qaldırır. Bu səsin sahibi Hirada gördüyü Cəbrail idi. Səma ilə yer arasında bir taxtın üstündə:

−  Ey Məhəmməd!  Sən Allahın haqq peyğəmbərisən, − deyirdi.