Səhabələr

Və vüslat

Cəbrail yenə gəlmiş və bu ayələri gətirmişdi:

− Ya Peyğəmbər! Günəşin yüksəlib ən parlaq olduğu duha vaxtına və getdikcə sakitləşən gecəyə and olsun ki, Rəbbin nə Səni tərk etdi, nə də Sənə acığı tutdu. Əlbəttə, Sənin üçün gələn hər yeni gün əvvəlkindən, hər zaman işin axırı əvvəlindən daha xeyirlidir. Həqiqə­tən, Rəbbin sənə elə şeylər bəxş edəcək ki, nəticədə Sən həm Ondan, həm də verəcəklərindən razı qalacaqsan![20]

Bunlar necə də gözəl iltifatlar idi... Mərhəmətli Rəhman Həbibi-Zişanın əlindən tutur, Onu, sanki, pillə-pillə gələcəyə aparırdı. Elə isə, yerində saymağın nə mənası vardı?

Hər gələcək günün əvvəlki gündən daha xeyirli olacağı bildirildiyi üçün bu gün görüləsi iş − ara vermədən xeyri tövsiyə edib ilahi gözəllikləri Allahın bəndələri ilə bölüşmək, onları çirkin və pis olanlardan uzaqlaşdırmaq naminə səy göstərmək idi. Müəyyən müddət sonra ilahi bəyan da nazil oldu:

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun![21] − deyərək eyni şeyləri buyuracaqdı. Çünki bundan sonra yenidən formalaşdırılan ümmət orta yolun təmsilçisi olacaq və Allaha imanda dərinliklə, xeyir məsələsində xeyirxahlığın, şərə qarşı davranışı ilə doğruluğun şüarı olacaqdı.[22] (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız).

Həmçinin bu, cəmiyyətin bütün zümrələrini bir-birinə bağlayan ən mühüm əsaslardan biri idi. Çünki bu, sosiallaşmanın bir nəticəsi idi. Səhvlərin görməməzliyə vurulduğu, gözəlliklərin də bölüşülmədiyi cəmiyyətlərdə daxili tənəzzül özünü hiss etdirirdi ki, belə cəmiyyətlərin də ömrü əsla uzun ola bilməzdi. Quranın bir ibrət vəsiləsi kimi təqdim etdiyi israiloğulları bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi üçün aralarında ixtilaflar meydana gəlmiş və onlar parçalanmışdılar.[23] Demək ki, görünən şərə laqeyd yanaşmaq müsibətlərə dəvətnamə göndərmək mənasına gəlir və bu vəziyyətdə qurunun oduna yaş da yanırdı. Elə isə ümumi qurtuluş xeyir naminə canından keçmək yarışından: bəndələri  Allaha, Allahı da bəndələrinə sevdirməkdən asılı  idi.[24]

Məhəmməd ümməti sonu, yekunu təmsil edəcəkdi və bu təmsil əvvəlkilərdən də ibrət götürməklə yaxşı icra olunmalı idi. Çünki günəş artıq qüruba yönəlmiş və insanlıq üçün zaman qürubun astanasında idi. Buna görə də “ikindi vaxtı”na and içiləcək, ehtimal olunan sapmaların baş verməməsi üçün imanın nə qədər zəruri olduğu bildirilməklə bu yolun yolçularına haqq yolunda səbir və dözümlülük tövsiyə ediləcəkdi.[25]

Gecə ibadəti

Allah Rəsulu (s.ə.s.) Hirada yaşadığı vüslət və ondan sonra olanlar barədə Məkkə müşriklərinə danışmasa da, onlar bəzi məsələləri artıq eşitmişdi, öz aralarında bu haqda danışırdılar. Onlara görə Məkkədə artıq yeni bir vəziyyət meydana gəlmişdi və bu durum onların iradəsi xaricində formalaşır, hadisə heç kimdən asılı olmadan cərəyan edirdi. Elə ilk gündən məkkəlilər bu hadisəyə bir qulp qoyub onun qarşısını almaq üçün planlar qurmağa, dünənə kimi “Əmin” adlandırdıqları Peyğəmbərimizə “məcnun, kahin, sehrbaz” kimi ləqəblər qoymağa başlamışdılar.