Səhabələr

Və vüslat

Və bir gün... Təqvimlərin miladi tarixlə 610-cu ili göstərdiyi bir bazar ertəsi... Ramazan ayının on yeddisi... Nur dağında nurlar qovuşmuş, səma ilə dünya arasında möhkəm bir bağ qurulmuşdu. Vəhy mələyi Cəbrail gəlmiş, rəhmət peyğəmbəri Məhəmmədül-Əminə peyğəmbərlik vəzifəsini aşkar təbliğ edirdi. İki nur Nur dağında bir-birinə qovuşmuşdu və beləliklə, bəşəriyyətə yeni bir əmanət gəlirdi. Artıq Nurun Nuru qarşılamaq mövsümü gəlmiş, yer üzündə nurlu bir mərhələ başlayırdı. Səmavi Nur ərzi olanı (yerdən olanı) qucaqlayacaq və “Oxu” deyəcəkdi. Bu əmanət dağ-daşın da daşımaqda aciz qaldığı bir məsuliyyəti çiyinlərə yükləmək idi... Vəzifənin əzəməti qarşısında hiss edilən ağırlıq dözülməz görünürdü.

Həm də nəyi oxuyacaqdı? Oxumağı, yazmağı bilmirdi axı... Heç kimin yanında təhsil də almamışdı. Onun Rəbbindən başqa üfüqünü dolduracaq ikinci pənah yeri olmamışdı.

− Mən oxuya bilmirəm, − deyə cavab verir. Cəbrail yaxınlaşır və yenidən Onu qucaqlayır. Taqəti kəsilənə kimi sıxır, ardınca buraxaraq:

− Oxu, − deyir. Allah Rəsulu eyni cümləni təkrar edir:

− Mən oxumağı bacarmıram!

Görünür, bu məsələnin arxasında başqa bir məqam vardı. Çünki Cəbrail yenidən yaxınlaşmış və Məhəmmədül-Əmini belindən qucaqlayaraq bərk-bərk sıxırdı. Bir müddət sonra buraxır və yenə: