Səhabələr

Bədirdən sonraki hadisələr

Artıq cəmadiyələvvəl ayı gəlmişdi. Yaz ayları da yaxınlaşır, Qureyş Şam tərəfə göndərəcəyi karvan haqqında fikirləşirdi. Bir tərəfdən Bədrin acısı ilə qıvrılır, digər tərəfdən:

– Əgər burada belə gözləyib dursaq, qalan imkanlarımız tükənəcək və aclıqdan qırılacağıq, – deyirdilər. Nəhayət, uzun da olsa, yeni bir yol tapıb Şama getmək üçün Safvan ibn Ümeyyənin başçılığı ilə bir karvan tərtib edir və Furat ibn Hayyan adlı bir  bələdçi  tutaraq yola çıxırlar.

Bundan xəbər tutan Peyğəmbərimiz dərhal Zeyd ibn Harisənin rəhbərliyi ilə yüz nəfərlik dəstə göndərir. Onların gəlişini eşidən Safvan da Əbu Sufyan kimi sürətlə qaçmağa başlayır. Zeyd ibn Harisə tapşırılan yerə gələrkən karvanın çoxdan qaçıb uzaqlaşdığını görür və Furat ibn Hayyanı əsir alıb geri qayıdır.[16] Bu da öz-özlüyündə bir iş idi. Bununla  Məkkə Hicazda istədiyi kimi hərəkət edə bilməyəcəyini anlamış olur və vəziyyətə yenidən baxmaq məcburiyyətində qalır.


[1]. Bu qəzvə zamanı Mədinədə təyin edilən səhabənin Abdullah ibn Ümmü Məktum olması da rəvayət edilir. Bax: İbn Sad, Tabakat, 4/209; Taberi, Tarih, 2/50; Süheyli, Ravdul-Unf, 3/219
[2]. Beşdə bir pay ayrıldıqdan sonra yerdə qalan dörd yüz dəvə süvarilər arasında bölüşdürülür və hər adama iki dəvə düşür. Yəsar adlı bir nəfər də əsir alınmışdı ki, onu da Allah Rəsulu (s.ə.s.) azad edir. Bax: İbn Sad, Tabakat, 2/31; İbn Seyyidinnas, Üyunul-Eser 1/391
[3]. Mədinədən zilhiccə ayının beşi, bazar günü çıxmışdılar. Hicrətin üstündən iyirmi iki ay keçmişdi və  bu qəzvədə Mədinədə vəkil olaraq yerinə Bəşir ibn Əbdülmünziri təyin etmişdi. Bax: İbn Sad,Tabakat, 2/30
[4]. Yüklərin çoxunu un çuvalları təşkil edirdi. Bu səbəbdən də qəzvəyə un mənasını verən "Sevik" adı verilmişdir. Bax: İbn Hişam, Sire, 3/311; Taberi, Tarih, 2/51
[5]. Bəzi qaynaqlarda bu şəxsin adı Qavrəs ibn Haris və ya Avf ibn Haris, qəbiləsinin adı da Bəni-Müharib kimi göstərilir. Bax: İbn Hişam, Sire, 4/159; İbn Hıbban, Sahih, 7/138 (2883)
[6].  "Maidə" surəsi, 5/11
[7]. Mövzu ilə bağlı geniş məlumat üçün bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s. 125 vd
[8]. Hadisə ilə bağlı geniş məlumat üçün bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s. 93 vd
[9]. Daha sonra Məkkəyə gələn Ümeyr ibn Vəhb Müsəlman olduğunu açıqlayacaq və necə müsəlman olduğunu insanlarla bölüşəcəkdi. Buna görə xeyli insan da müsəlman olacaqdı. Bax: İbn, Hişam, Sirə, 3/213) İbn Hişâm, Sîre, 3/213-215; Taberî, Tarih, 2/45-46)
[10]. İbn Hişâm, Sîre, 3/313, 314
[11]. "Ali-İmran" surəsi, 3/12, 13
[12]. "Ənfal" surəsi, 8/58
[13]. Bax: Maidə, 5/51, 52, 53
[14]. Hafsa validəmiz risalətdən beş il əvvəl – Qureyşin Kəbəni təmir etdiyi il dünyaya gəlmişdi. Daha öncə Huneys İbn Huzafə ilə evlənmiş və birlikdə Mədinəyə hicrət etmişdilər. Bədirdən sonra həyat yoldaşı vəfat edincə dul qalmışdı. Bax: İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 2/384; Zehebî, Tarihu’l-İslâm, 1/500
[15]. İbn Sa’d, Tabakât, 8/115. Zeynəb  validəmizin Peyğəmbərimizlə izdivacından üç ay sonra vəfat etməsinə dair də rəvayət vardır. Bax: İbn Esîr, Üsüdü’l-Ğâbe, 1/19, 3/359; İbn Seyyidinnâs, Uyûnu’l-Eser, 2/385
[16]. Furat ibn Hayyan da Rəsulullahın hüzurunda müsəlman olur. Bax: İbn Sa’d, Tabakât, 2/36; Taberî, Tarih, 2/55; İbn Esîr, Üsüdü’l-Ğâbe, 2/393