Səhabələr

Bədrə Doğru

Nəhayət, günlərlə sürən matəm havasından ruhu daralan bir məkkəli irəli çıxır və: – Belə etməyin! – deyir, – çünki sizin bu halınız Məhəmmədə və dostlarına çatar, onları xoşhal edər! Əvvəl bu fikrə o qədər əhəmiyyət verməsələr də, sonralar onun haqlı olduğunu başa düşür, ağlaşıb ağı deməyə, baş-gözlərinə vurmağa və buna bənzər əcaib davranışlara son qoyurlar. Əsirlər məsələsində də tələsməmək qərarına gəlirlər. Onlara görə, qanpulu ödəməkdə tələsməmək öz-özlüyündə qanpulu miqdarını aşağı salacaqdı. Çünki elə hesab edirdilər ki, müsəlmanlar əsirlərin əvəzində verilən pulun miqdarını artıracaq və buna görə də sırf daha az qanpulu ödəmək üçün özlərini adamları ilə maraqlanmırmış kimi göstərmək qərarına gəlirlər. Müşrik Əsvəd ibn Muttalibin Bədirdə Zəma, Aqil və Haris adlı üç oğlu öldürülmüşdü və bu adam oğullarına ürəyindən keçdiyi kimi ağı demək istəyirdi. Ancaq müşriklərin ağlama yasağına tabe olur və göz yaşlarını qəlbinə axıtmaq məcburiyyətində qalırdı. Bir gecə çöldə bir ağlama səsi eşidir və köləsini çağırıb bu səsin haradan gəldiyini öyrənməyi tapşırır. Gedib vəziyyəti öyrənən kölə ağlayan adamın dəvəsini itirmiş bir qadın olduğunu söyləyir. Dəvəsi itmiş bir qadının dəvəsi üçün ağlaya bildiyi Məkkədə üç mərhum oğluna ağı deyə bilməyən Əsvəd bu kədərini şeirin dili ilə insanlara çatdırmağa çalışacaqdı. Rum diyarından zəfər xəbəri Bədirdən Mədinəyə qayıdan müsəlmanlar Allahın onlara lütf etdiyi inayətə sevinib İslamın izzət və şərəfinin layiqincə təmsil edilməsindən duyduqları həzzi bir-biri ilə bölüşərkən bir sevindirici xəbər də Rum diyarından gəlir. "Rum" surəsinin nazili ilə rumların (Bizansın) farslara məğlubiyyətini bildirən ayələr Məkkədə yayıldığı vaxt Hz. Əbu Bəkirlə Məkkə müşriki Übeyy ibn Xələf qarşılaşmış və uzun söhbətdən sonra doqquz il müddətinə və yüz dəvə dəyərində bir iddiaya girmişdilər. Çünki Quran üç-doqquz il ərzində rumların yenidən özlərini toplayıb farslara qalib gələcəyi xəbərini verirdi. Eyni zamanda bu xəbərdə rumların qalib gəldiyi gündə müsəlmanların da çox sevinəcəyi  müjdəsi verilirdi. İndi aradan doqquz il keçmişdi. Bədirdən zəfər sevinci ilə qayıdan səhabə Rum diyarından gələn qələbə xəbərinin Mədinədə yayılmasına şahid olur. Nə böyük xoşbəxtlik, nə böyük lütf! Hz.Əbu Bəkir kimi səhabələr Allahın verdiyi xəbərin eynilə həyata keçməsi qarşısında həmdlə Ona yönəlir və minnət duyğuları ilə özlərini şükrün sonsuz vadilərinə atırdılar. Belə ki, rumlular doqquz il əvvəl işğal edilən torpaqlarını geri almış, farsları da Dəclə və Fəratın o biri tərəfinə qədər qovmuşdular. Hələ doqquz il əvvəl "Artıq Rumlar bir daha qələbə üzü görməz," – deyə düşünənlər yenə yanılmış və ölünü dirildən Allah (c.c.) bu gün "olmaz" deyilənlərin necə olduğunu hər kəsə göstərmişdi. Məgər Bədir də belə bir "olmaz" deyildimi? Məkkəlilər müsəlmanları Bədirdə yox etdikdən sonra əyləncə təşkil etmək xülyaları ilə gəlmiş, məğlubiyyəti ağıllarına da gətirməmişdilər! Demək ki, küfrün apardığı hesablar hər zaman reallaşmır və Allahın buyurduğu gerçəkləşirdi. Bu gün də elə olmuşdu  və  Quranın verdiyi bir xəbərin eynilə baş verməsini görən bir çox insan İslamı qəbul edir.[61] Bu vaxt Hz.Əbu Bəkir də bəhsdə udduğu yüz dəvəni alacaq, Allah Rəsulunun (s.ə.s.) göstərişi ilə hamısını sədəqə verəcəkdi.

[1]. Bu sayın yetmiş olduğu da rəvayət olunur. Bax: İbn Seyyidinnas, Uyunul-Eser 1/321; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/18
[2]. Bu əmrin ramazan ayının səkkizinci günü verildiyinə dair də bir rəvayət  vardır. Bax: Hişam, Sire, 3/159; İbn Seyyidinnas, Uyunul-Eser,  1/325
[3]. Buhari, Sahih 4/1456 (3739); İbnül-Esir, Üsüdül-Gabe, 4/287. O vaxt Ümeyr on altı yaşında idi.
[4]. Bu hadisə Rəsulullahın (s.ə.s.) insanlarla münasibətdə həmsöhbətlərinin hislərinə diqqət yetirməsinin bir göstəricisidir. Belə ki, ənsar Aqabədə Onu qoruyacağını söz verməsinə (Aqabə beyəti) baxmayaraq, bu qorumanın Mədinədən kənarda keçərli olub-olmaması aydın  ifadə edilməmişdi. Ona görə də Bədrə qədər həyata keçirilən iyirmiyə yaxın fəaliyyətdə ənsar qarşısına hər hansı bir tələb qoyulmamışdı. Ancaq indi vəziyyət tamam fərqli idi, çünki Qureyş sadəcə Rəsulullah və mühacirləri deyil, bütün Mədinəni təhdid etmiş və bu təhdidlərini həyata keçirməyə başlamışdı. Bu durum məsələnin hicrətdən sonra gerçəkləşən müqavilə çərçivəsində nəzərdən keçirilmə zərurətini ortaya qoyurdu
[5]. Allah Rəsulu Hubeyb İbn İsafı geri qaytarır. Lakin İsaf müsəlman olduğunu bildirərək bu savaşda yenə də Alllah Rəsulundan (s.ə.s.) ayrılmır. Bax: İbn Abdilberr, İstîâb, 2/443; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/23; Süheylî, Ravdü’l-Ünf, 2/300
[6]. Taberî, Tarih, 2/26; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/25. Bəzi səhabələrin Bədirdə olub-olmaması qeyri-dəqiqdir, bu səbəbdən onların sayı dəyişkəndir; üç yüz on dörd, üç yüz on beş və on yeddi olaraq da göstərilir. Gələn məlumatlara görə ordu iki dəfə sayılmışdır. Bax: İbn Hişâm, Sîre, 2/333; İbn Kesîr, el-Bidâye ve’n-Nihâye, 3/383. Bədirdə olan əshabın təqribən beşdə üçünü ənsar, beşdə ikisini mühacirlər təşkil edirdi. Eyni zamanda Peyğəmbərimizin (s.ə.s.) də buyurduğu kimi, Hz. Davudun sərkərdəsi Talutun Calut ordusuna qarşı vuruşan qoşununun sayı da bu qədər olmuşdur. O gün də əmri-ilahiyə boyun əyib nəhrdən sadəcə bir ovuc su götürməklə keçinən insanlar say və təchizat baxımından düşmənlərindən az və zəif olmasına rəğmən, küfr ordularına qalib gəldiyi kimi, Bədrin möminləri də Əbu Cəhlin körüklədiyi küfr ordusunu məğlubiyyətə uğradacaqdı.
[7]. Bax: İbn Sad, Tabakat, 2/20; Döyüş bitib ara sakitləşincə Peyğəmbərimizin duaları sayəsində aclıqdan əsər-əlamət qalmadan bütün səhabələr geri qayıdırdı.
[8]. Bu iki atlı Bəsbəs ibn Amr və Adiyy ibn Əbiz-Zağba idi. Onlar da karvan haqqında məlumat toplamaq üçün gəlmişdilər. Məcdi ilə qarşılaşdıqda karvanın təxminən bir və ya iki gündən sonra buradan keçəcəyini söyləmişdilər. Məcdi də eyni fikirdə idi və "Doğru söyləyirsiniz," – demişdi. Onlar da buradan ayrılıb Allah Rəsulunun hüzuruna gəlmiş, görüb eşitdiklərini Ona çatdırmışdılar. Bax: İbn Hişam  Sire, 3/163-164
[9]. Bu miqdarın iki yüz dinar olduğu da söylənilir. Bax: Vakidi, Megazi, 1/33; Belazuri, Ensabül-Eşraf, 1/127
[10]. Onun bu döyüşə qoşulmaq istəməməsinə səbəb kimi Atiqə binti Abdulmuttalibin gördüyü yuxu da göstərilir. Bax: Taberi, Tarih, 2/24; Vakıdi, Megazi, 1/29
[11]. Uqbə ibn Əbu Muaytın səbir kasasını daşdıran bu çirkin vərdişi qarşısında cəlallanan Allah Rəsulu (s.ə.s.) ona: – Nə vaxt səninlə Məkkədən kənarda qarşılaşsaq,  bil  ki, mütləq səni öldürəcəyəm, – demişdi. İnsanlara həyat vermək üçün göndərilən bir Nəbini bunu söyləməyə məcbur edən Uqbənin elə o gündən beli bükülmüşdü. Çünki Məhəmmədül-Əminin yalan danışmadığına əmin idi; O, nə deyirdisə, mütləq olurdu. Buna görə Məkkədən kənara çıxmağa çəkinir, vaxtının çoxunu evində keçirirdi
[12]. Bir neçə ay əvvəl ümrə etmək (həcc mövsümü xaricində Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək) üçün Məkkəyə gələn köhnə dostu Sad ibn Muazla söhbət edərkən Rəsulullahın (s.ə.s.) onu öldürəcəyinə dair bir bəyanını eşitmiş və o da bunu həyat yoldaşına danışmışdı. Bunu eşidən Ümmü Safvan: – Məkkədəmi? – deyə soruşmuş. – Bilmirəm, – cavabını almışdı. O gündən bəri Məkkədən kənara çıxmamağa and içmişdi və andını pozmamaqda qərarlı idi. Bax: Buhari, Sahih, 4/1453 (3734); İbn-Kesir, el-Bidaye ven-Nihaye, 3/316)
[13]. "Maidə" surəsi, 5/24
[14]. "Ənfal"  surəsi, 8/7,8; 7. "O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qureyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi)
[15]. Həmin günün cümə olmasına dair də rəvayət vardır. Bax: İbn Sad, Tabakat, 2/21; İbn Abdilberr, İstiab, 1/43. Bədir döyüşünün bazar ertəsi günü baş verməsinə dair bir rəvayət olsa da, o qədər də etibarlı sayılmamışdır. Bax: İbn Sad, Tabakat, 2/21
[16]. Həqiqətən də, müşrik ordusu Peyğəmbərimizin söylədiyi rəqəmlərin ortası olan 950 nəfərdən ibarət idi. Bax: İbn Sad, Tabakat, 2/15
[17]. Bədir döyüşünə qatılan mələklərin siması və geyimləri haqqında müxtəlif rəvayətlər vardır. Sarıqların rəngi, əsasən, qırmızı, qara, sarı və ağ idi. Əməlli-başlı insan cildində gələn mələklərin geyim müxtəlifliyi, ehtimal ki, o dövr insanlarının geyimlərini əks etdirirdi. Məsələn, Cəbrail Zübeyr ibn Avvam surətində gəlmişdi və o da  başında sarı bir sarıqla döyüşürdü. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 4/43, 44
[18]. Müşriklərdə də üç bayraq var idi və bunları Əbu Əziz ibn Ümeyr, Nadr ibn Haris və Talha ibn Əbu Talha aparırdı.
[19]. Bəzi mənbələ görə, ogünkü əsas (ümumi) parol "Əhad, Əhad" olmuşdur. Bax: İbn  Hişam, Sire, 3/182
[20]. Onsuz da, Əbu Rafi Hz.Abbasın qulu idi, onu daha əvvəl qardaşı oğlu Allah Rəsuluna (s.ə.s.) hədiyyə etmişdi. Ağasınının müsəlman olması Əbu Rafi üçün eyni zamanda azadlıq mənasına gəlirdi. Bax: İbn Sad, Tabakat, 4/73, 74
[21]. Bax: İbn Əbu Şeybe, Musannef, 7/481 (37390); Taberani, Mucemul-Kebir, 3/165. Hz.Ömərin hiddətləndiyi bu səhabə Əbu Huzeyfə idi və onun atası Utbə ibn Rəbiə Əfəndimizin can düşmənlərindən sayılırdı. Bədir günü ilk ölənlərdən biri də o olur. O gün Rəsulullahın əmisi Hz.Abbas barədə söylədiklərinə o qədər peşman olmuşdu ki: "Bunu ancaq şəhadət təmizlər", – demiş və qorxusundan tir-tir əsmişdi. Nəhayət, Yəmamə günü arzuladığı şəhadətə qovuşmuş, şəhid olmuşdu.  Bax: İbn Hişam, Sire, 3/177 ; Taberi, Tarih, 2/34
[22]. "Əl-Mumin"  surəsi,  40/10
[23]. Bununla o, Əbu Cəhli nəzərdə tuturdu. Çünki Hanzaliyyə ifadəsi Əbu Cəhlin anası ilə bağlı işlədilirdi. Bax: İbn Hişam, Sire, 3/170; Taberi, Tarih, 2/30-31
[24]. Bax: "Ənfal" surəsi, 8/19 (Ey müşriklər!) Əgər siz (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!)
[25]. Taberani, Mucemul-Kebir, 10/147 (10270); Beyhaki, Delail, 3/32
[26]. "Ənfal" surəsi, 8/9; Müslim, Sahîh, 3/1384 (1763); Ahmed İbn Hanbel, Müsned, 1/30
[27]. "Qəmər" surəsi, 54/45, 46; Taberî, el-Câmiu’l-Beyân, 27/109; İbn Kesîr, Tefsir, 4/267
[28]. "Ənfal" surəsi, 8/44; (Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).
[29]. O gün quyuya doğru gələnlərdən yalnız Hakim İbn Hizam sağ qalmışdı. Bax: İbn Hişam, Sire, 3/169; Beyhaki, Delali, 3/56
[30]. O dövr üçün ümumi adət belə idi: Hələ döyüşə başlamazdan əvvəl ordunun arasından ən qəhrəman adamlar önə çıxar və hər kəsin gözü qarşısında əvvəlcə bunlar döyüşərdi. Hansı tərəfin qalib gələcəyi də, əsasən, həmin döyüşlərin nəticəsi ilə ölçülər və bununla fəxr edərdilər ki, buna mübarizə deyilirdi.
[31]. Əbu Talib şeirində belə demişdi: "Siz bu gün Məhəmmədə yalançı deyirsiniz, amma Beytullaha and olsun ki, bu gün səsimizi çıxartmırıq! Gün gələcək, biz də Onun ətrafında vuruşub qəhrəmancasına mücadilə edəcəyik. Onun ətrafında tikə-tikə doğranmadıqca, oğullarımızdan və canlarımızdan olmadıqca Onu əsla sizə təslim etmərik! Bax: İbn Hişam, Sire, 2/111; Taberani, Mucemul-Kebir, 10/158
[32]. İbn Sad, Tabakat, 2/26
[33]. Bax: Müslim, Sahih, 3/1510 (1901); Ahmed İbn Hanbel, Müsned, 3/136; Beyhaki, Sünen, 9/43
[34]. "Qəmər" surəsi, 54/45
[35]. "Qəmər" surəsi, 54/45
[36]. Yaşlı Mutim Bədirdən yeddi ay əvvəl vəfat etmişdi. Bax: İbn Sad, Tabakat, 1/233; İbn Abdilberr, İstiab, 1/69
[37]. Əbu Yala, Müsned, 4/49; Heysemi, Mecmauz-Zevaid, 6/283
[38]. Bəzi rəvayətlərdə şəhidlərin sayı on səkkiz göstərilir. Bax: Taberani, Mucemul-Kebir, 10/202
[39]. Bax: "Ali İmran" surəsi, 3/165
[40]. Müşriklərdən ölü sayının əlli nəfər olması da söylənilir. Bax. İbn Hişam, Sire, 3/270; Süheyli, Ravdul-Unf, 3/167
[41]. "Nisa"  surəsi, 4/97; Bax: Vahidi, Esbabü Nüzulil-Quran, s. 180; Salihi, Sübülül-Hüda ver-Reşad, 4/77
[42]. "Ənfal" surəsi, 8/17
[43]. Ali-İmran"  surəsi, 3/123-126
[44]. Allah Rəsulu (s.ə.s.) sonrakı qəzvələrində bu dəvənin belində savaşacaq və nəhayət, həmin dəvə Hudeybiyyə günü başqa dəvələrlə birlikdə qurban kəsiləcəkdi. Bax: Ahmed İbn Hanbel, Müsned, 1/261, 314; İbn Sa’d, Tabakât, 2/95, 103; Taberânî, Mu’cemu’l-Kebîr, 11/92
[45]. Bax: İbn Hişam, Sire, 3/193; Taberi, Tarih, 2/38
[46]. Bu arada Cəbrailin gəlib Peyğəmbərimizin əsirlər barədə istədiyini etməkdə sərbəst olduğunu bildirməsi də rəvayət edilir. Bax: Abürrezzak, Musannef, 5/209; Nesai, Sünenül-Kübra, 5/200; İbn Sad Tabakat 2/22
[47]. "İbrahim" surəsi, 14/36
[48]. Bax. "Maidə"  surəsi, 5/118
[49]. "Nuh" surəsi, 71/26
[50]. "Yunus" surəsi, 10/88
[51]. Bir uqiyyə 1283 qrama bərabər olan qədim çəki (ölçü) vahididir
[52]. İslamdan əvvəl də Məkkə əhli oxuyub-yazma baxımından Mədinədən irəlidə idi. Bax: İbn Sad, Tabakat, 2/22; Beyhaki, Sünen, 6/322; İbn Seyyidinnas, Uyunül-Eser, 1/373
[53]. Bax: Buhari, Sahih, 4/1474 (3793); İbn Hişam, Sire, 3/211
[54]. Qureyş əhli Bədrə döyüşə gedərkən ordunun hazırlanması üçün varlılara müraciət etmiş və Bədir döyüşündə iştirak edənlərin bütün ehtiyaclarını on nəfərin çiyninə qoymuşdu. Onlardan biri də Əfəndimizin əmisi Hz.Abbas idi. Əbu Cəhil başda olmaqla  Məkkə müşriklərinin təzyiqlərinə davam gətirməyib  Qureyş ordusu ilə Bədrə gəlmişdi. İndi isə əsir kimi haqqında veriləcək hökmü gözləyirdi.
[55]. Bax: Beyhakı, Sünen,6/322; Delailün-Nübüvve, 3/150
[56]. Bax: "Muhamməd"  surəsi, 47/4
[57]. Bax: Akademi Araştırma Heyeti, En Öndekiler, s.90 vd
[58]. Eyni zamanda Allah Rəsulu (s.ə.s.) döyüş əsiri olsa belə, heç  kimə işgəncə etməyi düşünmürdü və bunu da qəti şəkildə qadağan etmişdi. Çünki O, gözlənilən axır zaman peyğəmbəri idi. Həmçinin gün gələcək, Süheyl də təslim olacaq və Hz.Ömər kimilərini sevindirən işlər görəcəkdi. Allah Rəsulunun  dünya və dünyadakılara vida etdiyi gün məkkəlilərə səslənəcək və hələ qəlbində imanı oturuşmayan insanların yenidən küfrə qayıtmasına mane olacaqdı. Bax: İbn Hişam, Sire, 3/200; 6/89; Vakidi, Megazi, 1/107; Taberi, Tarih, 2/41
[59]. "Ənfal"  surəsi, 8/67, 68, 69
[60]79. Bax. Müslim, Sahih, 3/1418-1419 (1794)
[61]. Bax: Tirmizî, el-Câmiu’s-Sahîh, 5/189 (2935), 343 (3192, 3193); Hâkim, Müstedrek, 2/445 (3540)