Gənc Zeyd
Allah Rəsulunu addım-addım izləyir, hislərini hiss edib istəklərini yerinə yetirmə həyəcanı ilə yaşayırdı. Bir gün Rəsulullah və kölə Zeydin bir-birini daha yaxşı başa düşdüyünü və Rəsulullahın onun təbiətindəki zənginliyi kəşf edib ona fərqli münasibət göstərdiyini gördü. Dərhal gənc Zeydi yanına çağırıb belə dedi:
– Bundan sonra Məhəmmədin əmrindəsən.
Artıq Zeyd Rəsulullahın əmrinə verilmişdi. O isə insanlarla insan kimi rəftar etmək üçün yaradılmışdı və orada da insanlığını nümayiş etdirdi və Zeydin köləlik buxovlarını qırıb yolu göstərir:
– Azadsan, istəsən yanımda qal, istəsən atanın yanına get.
Amma Zeyd Allah Rəsulunun yanında olmağı ata ocağının istisinə dəyişməyəcək və sadiq bir mömin kimi Onunla qalmağı seçəcəkdi.