Səhabələr

Ən öndəkilər

 Mərhəmətli bir atanın ürək yaxan nəsihətləri kimi idi bunlar və kiçik Əlinin ruhuna xitab edirdi.

Həzrəti Əlinin Ona etimadı o qədərdi ki, Onun üçün tərəddüd etmədən ölümə gedərdi. Ancaq bu qədər əhəmiyyətli məsələdə atası ilə məsləhətləşmədən qərar vermək istəmirdi. Çünki hər nə qədər də olsa, atanın yeri başqa idi. Ancaq Rəsulullahın (s.ə.s.) ondan bir istəyi vardı: öz aralarında danışdıqları bu məsələləri heç kimə söyləməyəcəkdi.

Həmin gecə Əli bu haqda uzun-uzadı fıkirləşir. Allaha iman gətirmək kimi mühüm bir məsələdə ata-ananın fikrini soruşmağa nə lüzum vardı?.. Artıq qəti qərarını vermişdi! Səhər açılar-açılmaz Allah Rəsulunun yanına gəlib:

− Dünən sən mənə nələri danışmış və məni nəyə dəvət etmişdin? − deyə soruşur.  Məlum idi ki, kiçik Əli yaşından böyük davranış nümayiş etdirir və atası ilə məsləhətləşməyə ehtiyac duymadan ilklərin arasına daxil olurdu. Allah Rəsulu onu yanında otuzdurur və şəhadət gətirməyə dəvət edir. Beləliklə, on yaşlı balaca Əli Hz. Xədicədən sonra kəlmeyi-tövhid söyləyən ilk şəxs olur və neçə-neçə böyüklərdən əvvəl İslamı seçərək, içindən gələn bir sevgi və təslimiyyətlə Rəbbi-Rəhiminə iman gətirir.[3] Beləcə, kiçik Əli Allahın Rəsulu − əmisi oğlu Hz. Məhəmmədin yanından heç vaxt ayrılmır və gələn ayələri Rəsulullahın ağzından ilk eşidən şəxs olmaq istəyirdi.