Səhabələr

Ən öndəkilər

Sonra da üzünü oğluna çevirib ondan belə soruşur:

− Oğlum, sənə nə olub? Sənin bu halın nədir?

− Atacan! Mən Allah və Rəsuluna iman gətirdim. Həmçinin Onunla gələn hər şeyi qəlbən təsdiq etdim. Onunla birlikdə namaz qılıram və bundan sonra da heç vaxt ayrılmamaq şərtilə Onun arxasınca gedəcəyəm.

Əbu Talibin buna etirazı ola bilməzdi. Dönüb gedərkən dilindən bu kəlmələr tökülür:

− O, səni ancaq xeyrə dəvət edər, Ondan ayrılma. Çünki bu, gözəldir. Mən də bilirəm ki, qardaşım oğlunun dedikləri haqdır və doğrudur. Əgər Qureyş qadınlarının mənə tənə etməsindən çəkinməsəydim, mən də gəlib Ona tabe olardım.[4] Bu, nə böyük xoşbəxtlik idi. Hələ heç kimin olmadığı bir zamanda Onunla birlikdə olmaq (vaxt keçirmək) və elə ilk gündən Allaha qulluqda Onunla çiyin-çiyinə Haqq qapısına üz tutmaq nə böyük bəxtiyarlıqdır! Amma taleyin bir cilvəsi (hikmətlə hörülmüş bir naxışı) idi ki, ən yaxınlarından olan və uşaqlığından gözünü onun üstündən əskik etməyən əmisi bu səadətdən məhrum qalırdı. Belə bir mənzərəyə şahid olan və illər sonra itirdiyi fürsətin əvəzini çıxmağa çalışan Afıf ibn Ömər adlı bir səhabə sonralar kədər və hicran içində bunları danışacaqdı: