Səhabələr

Həvazindən gələn xəbərlər

– Xeyr, – deyir Allah Rəsulu (s.ə.s.), – əksinə, əmanətlərini bir müddət istifadə edib qaytaracağam!

– Onda mümkündür, – deyə razılaşır Safvan ibn Ümeyyə və gedib yüz zireh[2] və  bir çox qılınc qalxan növündən silah gətirərək Rəsulullaha verir. Eyni zamanda Allah Rəsulu (s.ə.s.) əmisi oğlu Nəvfəl ibn Harisdən üç min nizə borc alır və iltifat olsun deyə:

– Sənin bu nizələrinin müşriklərin belini qırdığını görürəm, – deyir.

Şəvval ayının altısı,[3] şənbə günü idi. Bəni-Kinanə yurdunda on dörd min nəfərlik bir ordu[4] Allah Rəsulunun (s.ə.s.) əmrini gözləyirdi. Rəsulullah da əmrini verir. Artıq ordu Həvazin istiqamətində irəliləyirdi! Səfərdə Rəsulullahın (s.ə.s.) məiyyəti olaraq Ümmü Sələmə və Meymunə validələrimiz iştirak edirdi.

İyirmi yaşlı Attab ibn Əsidi Məkkəyə əmir təyin etmiş, Muaz ibn Cəbələ isə insanlara İslamı öyrətmə vəzifəsini tapşırmışdı. Artıq axşam olmuş, fasilə verilirdi. Bu vaxt bir atlı Rəsulullahın hüzuruna gələrək:

– Ya Rəsulullah, – deyir, – mən Sizdən əvvəl gəlib bu dağların təpəsinə çıxmışdım. Həvazinlilər özləri ilə götürdükləri qoyun və dəvələrlə, arvad-uşaqlarla gözləyirlər. Bütün ailə üzvləri ilə orada toplanıblar.

Atlının həyəcanla dediklərini dinləyən Allah Rəsulu (s.ə.s.) gülümsəyərək:

– İnşallah, sabah onların hamısı Müsəlmanların qəniməti olacaq, – deyir. Sonra da üzünü əshabına tutub:

– Kim bu gecə keşikçimiz olar? – deyə soruşur. Demək ki, Allah Rəsulu (s.ə.s.) insanlara  vacib və təhlükəli işlərdə tapşırıq verərkən könüllülüyü əsas götürürdü. Suala Ənəs ibn Əbi Mərsəd cavab verir:

– Mən, ya Rəsulullah!

– Onda atına min, – buyurur Rəsulullah. Hz. Ənəs dərhal ata minib Allah Rəsulunun  hüzuruna gəlir. Peyğəmbərimiz (s.ə.s.):

– Bu vadidən dağın təpəsinə doğru dırman ki, o tərəfdən qəfil hücuma məruz qalmayaq,– deyə tapşırıq verir.

Sabah namazının vaxtı girincə namazı qıldırmaq üçün çıxan Sultanlar Sultanı öncə iki rükət namaz qıldıqdan sonra səhabələrdən:

– Süvarinizdən bir xəbər varmı? – deyə soruşur. Heç kimin xəbəri yox idi və:

– Xeyr, ya Rəsulullah! Heç bir xəbərimiz yoxdur, – deyə cavab verirlər. Sonra da sübh namazına dururlar. Namaz bitən kimi Sultanlar Sultanı (s.ə.s.) əshabına dönüb:

–Müjdələr olsun! Süvariniz gəlir, – deyir. Dağa tərəf diqqətlə baxanda atlının gəldiyini görürlər!

Bir qədər keçmiş Hz.Ənəs gəlib çatır. Rəsulullahın qarşısında dayanır və gecənin hesabatını verir:

– Mən Rəsulullahın tapşırdığı kimi, bu dağın təpəsinə qədər çıxdım və sübh tezdən də o biri dağa dırmaşdım, hər ikisindən də diqqətlə baxdım, amma heç kimi görə bilmədim.

Demək ki, gizləniblər və Hz.Ənəs sözünü bitirər-bitirməz Allah Rəsulu (s.ə.s.):

– Yaxşı, bəs de görüm bu gecə heç atından düşdünmü? – deyə soruşur.

– Xeyr, yalnız namaz qılmaq və ehtiyacımı ödəmək üçün atdan düşmüşəm, – cavabını verir Hz.Ənəs. Gözəl məziyyət idi: verilən tapşırığın əhəmiyyətini dərk edib vəzifəsini məsuliyyətlə yerinə yetirmək və göstərilən həddi keçməməyin, demək ki, Allah və Rəsulu qatında xüsusi  yeri vardı və buna cavab olaraq Allah Rəsulu Ənəs ibn Əbi Mərsədə:

– Bundan sonra başqa bir əməlin olm,asa belə cənnət sənə vacib oldu, – buyurur.

Evtas adlı yerə çatanda Rəsulullah (s.ə.s.) böyük bir ağacın altında girir, qılınc və qalxanını budaqlardan asaraq bir az dincəlmək istəyir. Bir qədər sonra qəfildən:

– Ey Əba Büreydə, – deyə çağırır. Mübarək səsi eşidən Hz.Əbu Büreydə:

– Buyur, ya Rəsulullah, – deyib dərhal Allah Rəsulunun hüzuruna gəlir. Ağacın altında oturan Allah Rəsulunun hüzurunda bir adam dayanmışdı! O da məəttəl qalmışdı və Rəsulullah (s.ə.s.) hüzura gələn Əbu Büreydəyə bunları danışır:

– Mən burada yatarkən bu adam peyda oldu. Qılıncımı götürüb başımın üstünü kəsdirdi: "Ya Məhəmməd! Səni mənim əlimdən kim qurtacaq?" – deyə qışqırdı. Səsə oyandım və "Allah-taala!" cavabını verdim.