Səhabələr

İslamın xoşgörü zəmini

Və beləcə Rəsulullahın ordusuna qatılmaq üçün yola çıxır. Təbuka yaxınlaşarkən Umeyir ibn Vəhblə qarşılaşır. Bir müddət bigə yol getdikdən sonra Əbu Haysəmə  ona:

– Mənim bir günahım var. Halımı Rəsulullaha ərz edərkən məndən uzaqda dayana bilərsən, – deyir. Hz.Ümeyri eşidəcəyi danlağa ortaq etmək istəmirdi. Artıq Təbuka çatmışdı.

Onun  gəlişini uzaqdan görənlər dərhal hüzura gəlib:

– Ya Rəsulullah! Bu yoldan bir nəfər də bizə tərəf gəlir, – deyirlər.

Göstərilən istiqamətə baxan Rəsulullah:

– Sən də Əbu Haysəmə ol! – deyə təmənna edir.

Yaxınlaşan qaraltının, həqiqətən, Əbu Haysəmə olduğunu görən əshab:

– O, həqiqətən, Əbu Haysəmə imiş, – deyə həyəcanlanır. Həm Rəsulullahın arzusunun həqiqətə çevrilməsinə, həm də Əbu Haysəmə kimi səmimi bir yoldaşın geridə qalmamasına sevinirlər.

Allah Rəsulu (s.ə.s.) Mədinədə olanlar və yolda başına gələnlər barədə suallar verir və dinlədikcə də ona xeyir-dua diləyirdi. Arada onun kimi gecikib gələ bilməyən Kab ibn Malikdən də söz düşür və Rəsulullah onun barəsində də soruşur. Bəzi səhabələr: "Kölgəlikdə uzanmaq ona daha cazibəli gəldi" – deyir, bir qismi  də Hz.Kabı xeyirlə, hörmətlə yad edir! Rəsulullah hər addımda yeni bir bilgiyə qapı açırdı: səhabələr buna bənzər vəziyyətlərdə mömin qardaşları haqqında yalnız hüsnü-zənn (gözəl düşünməyi) etməyi öyrənəcək, işdən hali olmadıqda insanlar haqqında yanlış gümanlara səbəb olan ifadələr işlətməməyin vacibliyini anlayacaqdılar!

Qənimət arzusu ilə orduya qatılan münafiqlərin durumu, təbii ki, fərqli idi. Kiçicik bir çatışmazlıq tapıb bütün aləmə car çəkməyə fürsət axtarırdılar. Yenə bir kənara çəkilib, xosunlaşırlar. Saləbə ibn Xatib Rəsulullahın əhvalını pozmaq, əshabı da qorxutmaq üçün deyir:

– Siz Bəni-Asfarla döyüşməyi ərəblərin öz aralarındakı döyüşlər kimi sanırsınız? Vallah, sabah hamınızı əsir düşmüş, əl-qolu bağlanmış halda görürəm!

Cülas ibn Amr irəli çıxaraq:

– Vallah, əgər Məhəmməd doğru söyləyirsə, hamımız eşşəkdən daha pis vəziyyətdəyik, – deyir.

Bu vaxt orada olan Hz.Ümeyr ona çevrilib:

– Buna şübhə yoxdur! Sən elə indidən eşşəkdən pis vəziyyətdəsən. Çünki Rəsulullah hər zaman həqiqəti təmsil edərkən, sən yalançının biri olmusan, – deyir. Daha sonra Mühaşşin ibn Humeyyir söz alaraq:

– Bu gərəksiz mübahisələrə görə haqqınızda ayə gəlib rəzil-rüsvay olmaqdansa, hər birinizə cəza olaraq yüz çubuq vurulmasını daha məqbul görürəm, – deyə əndişəsini dilə gətirir!

Onlara uzaqdan tamaşa edən Allah Rəsulu isə hüzuruna çağırdığı Ammar ibn Yasirə:

– Get onların yanına, bir gör nə danışırlar! Yalan və yanlış danışırlar! Onlardan nə danışdıqlarını soruş. Əgər inkar etsələr, filan sözləri danışdıqlarını de, – deyə tapşırır.

Rəsulullahın (s.ə.s.) tapşırığını yerinə yetirən Ammar ibn Yasir onlara öz aralarında danışdıqlarını  söyləyincə, dərhal Allah Rəsulunun hüzuruna gəlib:

– Ya Rəsulullah! Biz bunları əylənmək üçün, elə belə danışmışdıq, – deyirlər. Üzrləri qəbahətlərindən daha böyük idi və çox keçmədən yenə Cəbrailin səsi eşidilir. O, müqəddəsata aid məsələlərdə bu qədər ədəbsiz davranmağın insanı haralara apara biləcəyindən bəhs edir və belə bir vəziyyətdə üzr istəməyin insanı fəlakətdən qurtarmayacağını ifadə edir.[16]

Ayələr gəlib, vəziyyətləri açıq-aşkar ortalığa çıxınca Cülas ibn Amr and içərək belə bir ifadə işlətmədiklərini deyir. Bu azmış kimi göz görə-görə yalan da söyləyirdi. Yenə Cəbrail gəlir və gətirdiyi ayə ilə əsl həqiqəti ortaya qoyur![17]

Rəsulullah Təbukda ikən Abdullah ibn Zül-Bicadeyn[18] adlı səhabəsi vəfat etmişdi. O, şəhidlik arzusu ilə alışıb-yanan bir səhabə idi. Hətta bu diləyini Rəsulullaha açanda Peyğəmbərimiz (s.ə.s.) ölüm yataqda gəlsə belə, onun şəhid olacağı müjdəsini vermişdi. İndi də əcəl onu Təbukda yaxalayırdı. Zil-Bicadeynin vəfat xəbəri ilə kədərlənən Allah Rəsulu (s.ə.s.) məzarın qazıldığı yerədək gəlir,  məzarın içinə girib onu öz əlləriylə qəbrə yerləşdirir. Dua edir:

– Allahım! Yaşadığı müddətdə Mən ondan razı idim. Sən də ondan razı ol![19]

Fəxri-Kainat Rəsulullahın (s.ə.s.) gecələri daima işıqlı olur, onu Rəbbinə ibadətlə zinətləndirdi. Gecənin hansı vaxtı qalxsa, dişlərini təmizlər, misvaqdan istifadə edirdi.

Gedib gələn elçilər və Təbukdakı məşvərət

Təbukda  gözləyirdilər, amma nə bir ordu, nə də orduya oxşar bir şey görünürdü! İki ehtimal vardı; ya savaşmaqdan vaz keçən Bizans əsgərlərini geri çəkmiş, ya da güclü ehtimal olmasa da,  İslam ordusuna gizli tələ hazırlamışdılar! Ancaq hər keçən gün bu ikinci ehtimalı azaldırdı. Məsələni qarşı tərəflə təmas qurmaqla aydınlaşdırmaq mümkün idi və Allah Rəsulu neçə il əvvəl göndərdiyi Dıhyətül-Kəlbini yenə Bizans hökmdarı Heraklın yanına göndərir. Allah Rəsulu (s.ə.s.) Dıhyətül-Kəlbi ilə göndərdiyi məktubda Herakla seçmək üçün üç yol təqdim edirdi; İslama tabe olmaq, cizyə vermək şərtilə torpaqlarında qalmaq və ya döyüşmək..