Səhabələr

Xeybər

Ardınca yeni dayandıqları yerdə dəstamaz alıb Hz.Bilalın azan oxuması əmrini verir. Səhabələr də dəstəmaz alıb namaza hazırlaşırlar. İlk öncə sabah namazının sünnətini qılırlar. Beləliklə, camaat yığılır və Allah Rəsulu önlərində imam olaraq sabah namazını qılmağa başlayırlar. Namaz bitdikdən sonra üzünü əshabına tutan Rəsulullah (s.ə.s.) buyurur:

– Hamımızın ruhu Allahın qüdrət əlindədir. İstəsə, onu çəkib alar! Buna ən çox layiq olan da, şübhəsiz, Odur. Ona görə də siz namazı unutduğunuz zaman xatırlayan kimi dərhal qılın! Çünki Allah: "Məni anmaq üçün namaz qıl!" – deyə buyurur və bunu əmr edir.[26]

Səhabələrdə Xeybər zəfərinin nəşəsi və aylardır, cüda düşdükləri Mədinəyə qovuşmanın sevinci var idi. Mədinəyə yaxınlaşarkən dağ-daş təkbir səslərindən titrəyirdi. Allah Rəsulu (s.ə.s.) bunu da dəyərləndirəcək və:

– Səssiz olun, – buyuracaqdı, – çünki nə sizdən uzaq olana, nə də səsinizi eşitməyənə dua edib səslənirsiniz. Sizin dualarla yönəldiyiniz Allah hər şeyi eşidən və hamınıza ən yaxın olandır. Çünki O, hər an sizinlədir!

Bunun ardınca Rəsulullah (s.ə.s.) tərkində oturan Əbu Musa əl-Əşariyə  dönür və:

– Ey Abdullah ibn Qeys, – deyə səslənir.

– Anam-atam Sənə fəda olsun, buyur, ya Rəsulullah, – deyə cavab verir.

– Sənə cənnətin xəzinəsi olan kəlməni deyimmi? – deyə soruşur.

– Əlbəttə, söylə, anam-atam Sənə fəda olsun.

– La həvlə vəla quvvətə illa billah, – buyurur Alah Rəsulu (s.ə.s.).

Bunu eşidən səhabələr də artıq təkbir gətirməyi dayandırıb cənnətin xəzinəsi kimi öyrəndikləri bu kəlamı təkrar edirlər.

Gecənin bir vaxtı Curf adlı yerə qədər gəlirlər. Üzünü əshabına tutan Allah Rəsulu (s.ə.s.)  gecənin qaranlığında tələsib evlərinə getməməyi tapşırır.

Uhud Mədinəyə girmədən öncə onları uzaqdan salamlayırdı. Allah Rəsulu (s.ə.s.) yetmiş səhabəsini qoynuna alan Uhuda nəzər salaraq əshabına deyir:

– Bu, elə bir dağdır ki, biz onu sevərik, o da bizi!

Uhudu  əshabi-Uhuda tərif edirdi. Görünür, insanların könlündə Uhuda qarşı ən kiçicik mənfi hissin belə olmasını istəmirdi. Onsuz da çətin günlər geridə qalmışdı və bundan sonra ürək yandıran acıların yerinə xoş xatirələr yad edilməli idi! Sonra da mübarək əllərini açıb Rəbbinə yönəlir:

– Allahım, – deyir, – Mən Mədinənin bu iki daşlığı arasındakı şeyləri haram və toxunulmaz etdim!

Mədinəyə girərkən də: "Biz günahlarımızdan tövbə edib Rəbbimizə qulluqda durur, səcdə və həmd edib Rəbbimizə yönələrək geri qayıdırıq," – deyir.

Onun bu ifadələrini eşidən əshab da eyni sözləri təkrar etməyə başlayır və Mədinəyə çatana qədər də bunlar dillərindən düşmür.

 
[1]. "Fəth" surəsi, 48/21
[2]. Bu səhabənin Nümeylə ibn əl-Leysi olması da rəvayət edilir. Bax: İbn Kesir, e-Bidaye ven-Nihaye, 4/207; Sire, 3/345
[3]. İş sona çatıb nəzərdə tutulmuş pulu alan Huseyl müsəlman olduğunu elan edəcək və Allah Rəsulunun əshabı arasında yerini tutacaqdı. Bax: İbn Esir, Usudul-Ğabe, 1/258, 263
[4]. Yenə də Allah Rəsulu tədbir olaraq işin sonuna qədər adamın bağlı saxlanmasının vacibliyini deyirdi. Onsuz da axırda müsəlman olacaqdı. Bax: Vakidi, Meğazi, 1/641
[5]. Allah Rəsulunun bunu üç dəfə təkrar etməsi haqqında da rəvayət var. Bax: Müslim, Sahîh, 2/1044 (1365); 3/1426 (1365); Ahmed b. Hanbel, Müsned, 3/101 (12011); Nesâî, Sünenü’l-Kübrâ, 3/335 (5576)
[6]. Xeybər möhkəm qalalardan təşkil olunmuş böyük bir qala mahiyyətində geniş bir ərazinin adı idi; Natat, Şıqq və Kətibə adlı üç əsas bölgəyə ayrılan Xeybərdə o gün Naim, Sab ibn Muaz, Zübeyr (Qulə), Übeyy (Sümran), Nizar (Bəri), Qamus, Vatih və Sülalim olmaqla müxtəlif böyüklükdə qalalar var idi. Bunların hamısı da yüksək yerlərdə salınmış və çox möhkəm quruluşa malik idi. Bax: Hamevi, Mucemul-Büldan, 2/409 vd
[7]. Rəsulullahın qalibiyyət xəbərini eşidincə, Allah Rəsulunun qalib gələcəyini deyənlər – Huveytib ibn Abdulizza və onun kimi düşünənlər qarşı tərəfi təmsil edənlərdən yüz dəvəni alacaqdı. Bax: Vakidi, Megazi, 1/701; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/139
[8]. Ancaq Mahmud ibn Məsləmə üç gün sonra şəhid olur. Maraqlıdır ki, onu yaralayan Mərhab da Hz.Mahmudun vəfat etdiyi gün öldürülür. Mahmud ibn Məsləməni dəyirman daşı ilə yaralayıb ölümünə səbəb olan adamın Kinanə ibn Əbil-Huqayq olduğu da bildirilir. Bax: Vâkıdî, Megâzî, 1/658; İbn Hacer, el-İsâbe, 3/70; İbn Kayyım, Zâdu’l-Meâd, 3/283
[9]. Allah Rəsulu Hz. Amiri Mahmud ibn Məsləmə ilə birlikdə Rəcidəki bir mağarada dəfn edir. Bax: Vakidi, Megazi, 1/658
[10]. Rəvayətlərə görə, o gün Qatafanla yanaşı, Bəni-Fəzarəyə də belə bir təklif edilmiş, ancaq onlar da razılaşmamışdı. Bax: İbn Kayyım, Zâdu’l-Meâd, 3/291; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/137
[11]. Dəbbabə – qala divarlarını dəlib içəri soxulmaq üçün hazırlanmış böyük bir arabanın adıdır. Yuxarıdan gözlənilən ox, nizə və qaynadılmış yağlara qarşı üstü örtülü olan bu arabanı əvvəlcə qala divarlarına yaxınlaşdırır, içində gözləyən əsgərlər əllərindəki vasitələrlə qala divarlarının daşlarını sökür və qalaya daxil olmaq üçün burada yarıqlar açırdılar
[12]. Vatih və Sülalim qalaları da fəth edilincə Xeybər qalaları haqqında məlumat verərək işi asanlaşdıran bu şəxsin xanımı Nüfeylə özünə verilir və o da müsəlman olub Xeybəri tərk edir. Ondan bir daha xəbər alınmamışdır. Bax: Vakidi, Megazi, 1/648
[13]. Bu əsnada qəfl üzünü Hz.Yəsardan çevirdiyini görürlər. Adətən, üzünü belə çevirməzdi və dərhal: –Ya Rəsulullah! Ondan niyə üzünüzü çevirdiniz? – deyə səbəbini soruşurlar. Allah Rəsulu buyurur: – İndi onun yanında cənnət hurilərindən iki zövcəsi var! Şəhid olub yerə düşdüyü zaman cənnət hurilərindən iki zövcəsi gəlib onun üzündən tozları silərkən: "Sənin üzünü toz torpağa bulaşdıranların da Allah üzlərini torpağa bulasın, səni öldürəni də öldürsün!" – deyə dua edirlər. Allah (c.c.) bu quluna ikram edib onu xeyrə sövq etdi. Allaha heç səcdə etmədiyi halda, iki cənnət hurisini onun başı üstündə gördüm!  Bax: İbn Hişâm, Sîre, 4/316; Vâkıdî, Megâzî, 1/650; İbn Hacer, el-İsâbe, 1/19; Süheyli, Ravdu’l-Unf, 4/87; İbn  Esîr, Üsüdü’l-Ğâbe, 1/47, 3/129
[14]. Bu zaman Uyeynə ibn Hisn ilə bəni-fəzarələr qənimətdən pay almaq üçün yenidən gəlib Rəsulullahı razı salmağa çalışırlar. Razı sala bilmədiklərini görüb bu dəfə təhdidə əl atırlar. Ancaq bunun da nəticəsi olmur. Çünki Rəsulullah onlara görüşmə yerlərini göstərir, meydan oxumalarına fikir də vermir. Əliboş geri qayıdan Haris ibn Avf yoldaşlarına deyir: – Mən sizə demədimmi? Məhəmmədin qərbə və şərqə sahib olacağını mən sizə söyləmədimmi? Bunu bizə yəhudilər xəbər verirdilər! And içirəm ki, mən Əbu Rafi Səlləm ibn Mişkəmin: "Nəbilik məsələsində biz Məhəmmədi qısqanırıq, çünki O, Harun nəslindən çıxmalı idi! Ancaq nə edək ki, O, göndərilmiş bir peyğəmbərdir! Ancaq bu məsələdə yəhudilər məni dinləmədilər, halbuki biz Ona iki qurban verəcəyik. Biri Yəsribdə, o biri Xeybər qalalarında," – dediyini gün kimi xatırlayıram. Bax: Vâkıdî, Megâzî, 1/676 vd.; İbn Kesir, Sîre, 3/401
[15]. Bir gün digər Əzvaci-Tahirat (Rəsulullahın xanımları) özlərinin Allah Rəsuluna qohumluq yönü ilə daha yaxın olduqlarını deyib Safiyyə validəmizi incik salmışdılar. Onu hüznlü görən Allah Rəsulu (s.ə.s.) məsələni öyrənincə: – Sən də onlara: "Mənim ərim Məhəmməd, atam Harun və əmim də Musa!" deyəydin, – deyə ona təsəlli vermişdi. İbn Sa’d, Tabakât, 8/127; Kurtubî, el-Câmi’ li ahkâmi’l-Kur’ân, 16/326; İbn Hacer, el-İsâbe, 8/101; İbn Esîr, Usudu’l-Ğâbe, 3/375
[16]. Hz.Safiyyə validəmizin əsas adının Zeynəb olması və Allah Rəsulunun seçiminə görə ona "Safiyyə" adının verilməsi də rəvayət olunur. Çünki o dövrdə  döyüşlərdə ordunu idarə edən şəxsə haqqı olaraq ya bir at, ya kölə, ya da bir cariyənin verilməsi bir adət idi və buna "seçmə" mənasında  "safiy"  deyilirdi. Allah Rəsulu da o gün Huyeyy ibn Ahtabın qızını özü üçün seçmişdi və bu seçimlə birlikdə Huyeyyin qızı Zeynəb də "Safiyyə" adlandırılmışdı. Bax: İbn Həcər, Fəthül-Bari, 7/480
[17]. Allah Rəsulunun hüzuruna gətirildiyi gün şillənin göyərtisi hələ də üzündə idi. Səbəbini soruşunca hadisəni Allah Rəsuluna danışır. Bax: Vâkıdî, Megâzî, 1/674; İbn Kesir, Sîre, 3/374; İbn Kayyım, Zâdu’l-Meâd, 3/290
[18]. Daha sonra Allah Rəsulunun: "Bismillah" deyin və ondan sonra da yeyin," – deməsi və beləliklə, o zəhərli ətin heç kimə zərər verməməsi, eyni zamanda o qızardılmış əti Allah Rəsulunun yandırması da rəvayət edilir. Həmçinin onun qabaq ayağından bir parça dişləyən köpəyin oradaca öldüyü də bildirilir. Bax: Salihi, Sübülül-Hüdda ver-Reşat, 5/134-135
[19]. Rəsulullahı zəhərləməyə cəhd edən bu qadının müsəlman olması barədə də rəvayət vardır. Buna görə etdiyi çirkin işin məqsədini ondan soruşduqda: "İndi mənə məlum oldu ki, Sən, həqiqətən də, Allahın Rəsulusan", – deyə cavab vermiş və kəlmeyi-tövhidi söyləyərək müsəlman olmuşdu. Bax: Süheyli, Ravidul-Unf, 4/81
[20]. O gün Həbəşistandan on altı nəfər mühacir qayıtmışdı. Qalan otuz dörd nəfər isə Həbəşistanda qalmağa üstünlük vermişdi. Bəzi səhabələr özləri ilə Həbəşistan mühacirlərini müqayisə edərək özlərinin daha üstün mövqedə olduqlarını söyləməyə başlamışdılar. Bu, Allah Rəsulunun da qulağına çatmış, O da Həbəşisatan mühacirlərinin iki qat hicrət savabı qazandığını bəyan edərək ürəklərinə su səpmişdi. Bax: İbn Esir, Usudu’l-Ğâbe, 2/491; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/136
[21]. Allah Rəsulu (s.ə.s.) onun adını öyrənər-öyrənməz "Günəşin qulu olmaz" deyib "Əbdürrəhman' adını verir. Daha sonrakı illərdə qucağına götürdüyü pişik balalarını görüncə, ona "Əba Hirr" deyə xitab edəcək və bundan sonra Hz. Əbdürrəhman "pişiyin atası" mənasında Əbu Hureyrə adı ilə anılacaqdı. Bax: Hâkim, Müstedrek, 3/579 (6141); İbn Hacer, el-İsâbe, 7/426 vd.; İbn Esîr, Usudu’l-Ğâbe, 3/258
[22]. Bu, Hz. Ömər zamanına qədər davam edəcəkdi. Hz.Ömər Xeybər yəhudiləri ilə birlikdə Fədək əhlini də sürgün etmiş və əllərindəki torpağın yarı qiymətini, yəni əlli min dirhəmi də İraqdan əldə etdiyi bir gəlirlə ödəmişdi. Bax: Vakidi, Megazi, 1/707;  Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/139
[23]. Hz.Ənəsin rəvayətinə görə, bu müddət altı ay olmuşdur. Bax: Taberânî, Mu’cemu’l-Kebir, 6/256 (6337); Heysemî, Mecmau’z-Zevâid, 2/160
[24]. İyirmi doqquz da ola bilər
[25]. Hz.Bilal həmin gün onu hamıdan az qınayan adamın Allah Rəsulu olduğunu söyləyəcəkdi.
[26]. Bu hadisənin Huneyn döyüşü zamanı baş verməsinə dair də rəvayət var. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/155