Səhabələr

Xeybər

Məqsədini anlayırdı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) və:

– Onları əvvəlcə qərargahdan çıxart! Sonra üstünə qışqır və kiçik daşlar at. Uca Allah sənə əmanətə riayətini əda etdirəcək, onlar da sahiblərinin yanına dönəcəklər, –  buyurur.

Rəsulullahın dediyi kimi edir, qoyun və davarların üstünə xırda daşlar atır və:

– Mən artıq sizinlə məşğul olmayacağam, tez sahibinizin yanına dönün, – deyə sələnir.

Həqiqətən də, qoyun və davarlar sahibinə doğru getməyə başlayır. Artıq Yəsar ancaq özünə cavabdeh bir insan idi və Hz.Əlinin əsgərlərinə qatılıb döyüşə yollanır.

Çox keçmədən qaladan mancanaqla atılan daşlardan biri Hz.Yəsara dəyir və şəhid olur. Bircə namazı belə qılmadan ilahi hüzura gedir. Sonra onun cəsədini Rəsulullahın hüzuruna gətirirlər. Xeybərlilərin adam yerinə qoymadığı zənci kölə Rəsulullahın hüzurunda böyük izzətlə yatırdı. Allah Rəsulu ona bir xeyli baxır. Bəlkə də, bu baxışlarda Haqqa qulluqda heç savabı olmadan vüslətə çatan qərib bir qula qarşı duyulan sevgi var idi! Rəsulullahın baxışları əshabın da diqqətini çəkir, onlar da Yəsara baxmağa başlayırlar.[13]Rəsulullahın dua etdiyini eşidirlər:

– Allah (c.c.) sənin qoxunu və üzünü gözəlləşdirsin, varlığını da çoxaltsın!